Bu gecə UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub.
QOL.az xəbər verir ki, 18 matçın hamısı eyni vaxtda keçirilib.
Azərbaycan təmsilçisi "Qarabağ" Yunanıstanda "Olimpiakos"un qonağı olub. Görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər. Bu oyun "Qarabağ" üçün formal xarakter daşıyıb. Çünki Ağdam təmsilçisinin pley-offa adlaya bilməyəcəyi hələ ötən tur dəqiqləşmişdi.
Türkiyə klublarından "Qalatasaray" "Ayaks"a uduzub. "Fənərbaxça" "Midtyulland"la heç-heçə edib. "Beşiktaş" isə "Tvente"yə məğlub olub.
Yekun nəticələrə görə, "Qalatasaray" və "Fənərbaxça" pley-offa vəsiqə qazanıb, "Beşiktaş" isə mübarizəni dayandırıb.
"Mançester Yunayted" ötən tur "Qarabağ"ı məğlub edən FCSB-yə 2 cavabsız qol vurub. "Tottenhem" isə "Elfsborq"a böyük hesabla qalib gəlib.
Qeyd edək ki, Liqa mərhələsində 1-8-ci yeri tutanlar 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə yüksəlib. 25-36-cı yeri tutanlar avrokuboklarda iştkrakını başa vurur.
Daha əvvəl "Latsio"nun birbaşa 1/8 finalda mübarizə aparacağı dəqiqləşmişdi. Həmçinin "Atletik", "Anderlext", "Lion", "Ayntraxt", "Qalatasaray", "Mançester Yunayted", FCSB, "AZ Alkmaar", "Bodo-Qlimt", "Viktoriya", "Olimpiakos", "Reyncers", "Tottenhem" və "Yunion"un ən az pley-offa vəsiqə əldə etdiyi məlum idi.
Bugünkü matçlardan sonra isə bütün 1/8 finalçıların və pley-offçuların adına aydınlıq gəlib.
Xatırladaq ki, yanvarın 31-də Avroliqada pley-off mərhələsinin püşkü atılacaq. Bu mərhələnin ilk matçları fevralın 13-də, cavab görüşləri fevralın 20-də keçiriləcək.
1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk oyunları 6 martda, cavab qarşılaşmaları 13 martda keçiriləcək.
Avropa Liqası, Liqa mərhələsi, 8-ci tur
30 yanvar
00:00. "Roma" (İtaliya) – "Ayntraxt" (Almaniya) - 2:0
Qollar: Anxelino, 44, Şomurodov, 69
00:00. "Ayaks" (Niderland) – "Qalatasaray" (Türkiyə) - 2:1
Qollar: Traore, 23, Fitz-Jim, 58 - Osimhen, 90+4
00:00. "Anderlext" (Belçika) – "Hoffenhaym" (Almaniya) - 3:4
Qollar: Vazkez, 18, Qoto, 79, Auqustinsson, 88 - Hranak, 41, Bişof, 54, Ntusu, 59, Hlozek, 65
00:00. "Atletik" (İspaniya) – "Viktoriya" (Çexiya) - 3:1
Qollar: Villiams, 25, Alvarez, 64, Marton, 90+5 - Havel, 71
00:00. "Dinamo" (Kiyev, Ukrayna) – RFS (Latviya) - 1:0
Qol: Pikhalyonok, 76
00:00. "Midtyulland" (Danimarka) – "Fənərbaxça" (Türkiyə) - 2:2
Qollar: Dyao, 27, Bskov, 86 - En Nesyri, 39, Dzeko, 47
00:00. "Tvente" (Niderland) – "Beşiktaş" (Türkiyə) - 1:0
Qol: Rots, 76
00:00. FCSB (Rumıniya) – "Mançester Yunayted" (İngiltərə) - 0:2
Qollar: Dalot, 60, KMayno, 68
00:00. "Ferençvaroş" (Macarıstan) – "AZ Alkmaar" (Niderland) - 4:3
Qollar: Romdhane, 9, 45, Traore, 34, Varqa, 82-pen. - Mynans, 76, 90+5, Parrot, 90
00:00. "Lion" (Fransa) – "Ludoqorets" (Bolqarıstan) - 1:1
Qollar: Tolisso, 54 - Almeyda, 77
00:00. "Makkabi" (Tel-Əviv, İsrail) – "Portu" (Portuqaliya) - 0:1
Qol: Niko, 58
00:00. "Nitsa" (Fransa) – "Bodo-Qlimt" (Norveç) - 1:1
Qollar: Bouanani, 74 - Byorkan, 54
00:00. "Olimpiakos" (Yunanıstan) – "Qarabağ" (Azərbaycan) - 3:0
Qollar: El Kaabi, 56, 60, Biankon, 89
00:00. "Reyncers" (Şotlandiya) – "Yunion" (Belçika) - 2:1
Qollar: Raskin, 21, Çerni, 55 - Mak Alister, 83
00:00. "Real Sosyedad" (İspaniya) – PAOK (Yunanıstan) - 2:0
Qollar: Oskarsson, 43, 48
00:00. "Braqa" (Portuqaliya) – "Latsio" (İtaliya) - 1:0
Qol: Horta, 6
00:00. "Slaviya" (Çexiya) – "Malmö" (İsveç) - 2:2
Qollar: Çroy, 46, Şkranz, 76 - Ali, 69, Bolin, 71
00:00. "Tottenhem" (İngiltərə) – "Elfsborq" (İsveç) - 3:0
Qollar: Skarlet, 70, Ajayi, 84, Moore, 90+4

"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu