"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 17-ci turunda "Turan Tovuz" ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Gərgin və hər iki komanda üçün ağır oyun keçdi. Bütün həftə ərzində bu oyuna hazırlaşırdıq. Bilirdik ki, rəqib pressinq tətbiq edən, 2-ci toplarda aktiv olan və meydanda mübarizə aparan komandadır. Ona görə həmin komponentlərdə bu gün çox yaxşı idik. Yaxşı mübarizə apardıq, intizamlı idik.
Demək olar ki, rəqibin qol vurmağına şərait yaratmadıq. Halbuki “Turan Tovuz”un heyətində yetərincə təhlükəli futbolçu var. Onlar bir çox oyunda qol epizodları yaradıblar, təhlükəli olublar. Sadəcə hücumda daha effektiv oynayıb nəticəni öz xeyrimizə çevirə bilərdik. Ona da rəqibin kompakt oyunu imkan vermədi. Bir neçə təhlükəli epizodlarımız oldu, onda da qapıçı yaxşı oynadı. O üzdən də oyun heç-heçə ilə bitdi. Növbəti həftə bizim finala bərabər oyunumuz var (“Səbail”lə 18-ci tur matçı - red.). Son tur olduğunu nəzərə alsaq, avrokuboklara namizəd komandalar hamısı xal üçün oynayacaq. Premyer Liqada qalmaq üçün ölüm-dirim mübarizəsini aparan "Səbail"ə qarşı səfərdə oynayacağıq. Buna görə də, düşünürəm, "Səbail"lə oyun bizim üçün bəlkə də çempionatda ən vacib matç olacaq".
Mütəxəssis komandasının oyuna yanaşmasından söz açıb: "Düşünürəm, futbolçular özləri də vəziyyəti başa düşürlər və üç xalın bizim üçün nə qədər önəmli olmasını bilirlər. Ümid edirəm ki, maksimum konsentrasiya ilə oyuna hazırlaşacaqlar. Futboldur, ola bilər ki, nəticə ürəkaçan, istədiyimiz kimi olmasın. Amma ən azından oyuna yanaşmamız, meydanda aparacağımız mübarizə yüksək səviyyədə olmalıdır".
R. Sadıqov transfer planlarından da danışıb: "Daxili çempionatda hər bir komandada yaxşı futbolçular var ki, heyətində görmək istəyərsən. Bir neçə futbolçu ilə bəzi mövqeləri gücləndirmək və rəqabəti artırmaq istəyərdik. Tək mən yox, bütün məşqçilər bunu istəyər. Hazırda xaricdə baxdığımız hər hansı futbolçu yoxdur. Qış dönəmində hələ ki, planımızda transfer yoxdur".
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü
Baş məşqçi hakimdən narazı qaldı
Muaddib “Qarabağ”da məşqlərə başladı - Şəkillər
55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda - Video
Klub baş məşqçiyə görə təzminat tələb edə bilər
"Real"ın yeni kapitanı bəlli oldu
Haaland "Barselona"ya keçir?
"Beşiktaş"dan 10 milyonluq təklif
Premyer Liqadan düşsə, futbolçularını göndərəcək
DÇ-2026: Portuqaliya heyətində kimlər var?
"Bu, iki ən çətin çempionluqdan biri idi" - Rövşən Hüseynli
Futbolçulara gedəcəyini açıqlayıb
Avstriya millisinin DÇ-2026 üçün yekun heyəti
Milliyə çağırılmadı, "Çelsi"də mövsümün ən yaxşısı seçildi
"Atletiko" bu formalarla oynayacaq - Şəkillər
FİFA referiləri 1-ci liqa oyununda
Nənəsi Sakanın oyununa baxmaq üçün “Emireyts”də - Video
"Mançester Yunayted" 40 yaşlı qapıçını saxladı
“Şəfa”nın ilk mövsümdə məqsədi Premyer Liqada qalmaq olacaq”
"Liverpul"un yeni formaları - Şəkillər
"İnter"ə qayıdır
“Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
Arteta ÇL finalı üçün azarkeşlərə müraciət etdi
Fransa çempionatında mövsümün rəmzi komandası məlum oldu
Konte "Napoli" ilə müqaviləsini ləğv etməyə yaxındır
İnzaqi "Əl-Hilal"dan gedir
Qvardiolanı kim əvəz edəcək?
“Şamaxı”nın bombardirinə təkliflər var
Braziliya millisinin DÇ-2026 üçün - Yekun heyəti
“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı
“Quba” - “Dinamo” matçında 4 qol, 1 qırmızı vərəqə - Video
“Şamaxı”nın legioneri əməliyyat olunub
"Çelsi"yə qarşı matçı buraxacaq