Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsinin 5-ci turunun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Türkiyə təmsilçisi "Başakşehir" öz meydanında "Haydenhaym"la (Almaniya) qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
“Çelsi” (İngiltərə) Qazaxıstanda “Astana”nı məğlub edib - 3:1. “Fiorentina” (İtaliya) evdə Avstriyanın LASK klubu ilə üz-üzə gəlib və 7 cavabsız qolla qələbə qazanıb.
Oyunlardan biri də Sumqayıtda keçirilib. Belarusun "Dinamo" (Minsk) klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Şimali İrlandiya təmsilçisi "Larne"i qəbul edib. UEFA Ukraynadakı müharibə ilə əlaqədar Belarus klublarına ev oyunlarını doğma meydanda keçirmək qadağası qoyub. Bu səbəbdən onlar avrokubok matçlarında rəqiblərini neytral meydanda - "Mehdi Hüseynzadə"də qəbul edirlər. Azarkeşsiz keçirilən oyun "Dinamo"nun qələbəsi ilə başa çatıb - 2:0.
12 dekabr
UEFA Konfrans Liqası
Liqa mərhələsi, 5-ci tur
17:00. “Vikinqur” (İslandiya) - “Dyurqarden” (İsveç) - 1:2
19:30. “Astana” (Qazaxıstan) - “Çelsi” (İngiltərə) - 1:3
21:45. “Kopenhagen” (Danimarka) - “Harts” (Şotlandiya)
21:45. “Fiorentina” (İtaliya) - LASK (Avstriya) - 7:0
21:45. “Başakşəhər” (Türkiyə) - “Haydenhaym” (Almaniya) - 3:1
21:45. “Legiya” (Polşa) - “Luqano” (İsveçrə) - 1:2
21:45. HJK (Finlandiya) - “Molde” (Norveç) - 2:2
21:45. “Olimpiya” (Sloveniya) - “Serkl Brügge” (Belçika) - 1:4
21:45. “Petrokub” (Moldova) - “Betis” (İspaniya) - 0:1
21:45. “Dinamo” (Belarus) - “Larne” (Şimali İrlandiya) - 2:0
21:45. “Noa” (Ermənistan) - APOEL (Kipr) - 1:3
00:00. “Gent” (Belçika) - TSK (Serbiya) - 3:0
00:00. “Omoniya” (Kipr) - “Rapid” (Avstriya) - 3:1
00:00. “Şemrok Rovers” (İrlandiya) - “Borats” (Bosniya və Herseqovina) - 3:0
00:00. TNS (Uels) - “Panatinaikos” (Yunanıstan) - 0:2
00:00. “Mlada Boleslav” (Çexiya) - “Yagelloniya” (Polşa) - 1:0
00:00. “Sankt Qallen” (İsveçrə) - “Vitoriya” (Portuqaliya) - 1:4
00:00. “Pafos” (Kipr) - “Sele” (Sloveniya) - 2:0




İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat