Almaniya milli komandasının və İspaniyanın "Real" klubunun futbolçusu Sami Xedira çox güman ki, iyunun 7-də Bakıda keçiriləcək 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Azərbaycan yığmasına qarşı forma geyinməyəcək. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Xedira "Real"la "Barselona" arasında aprelin 20-də baş tutmuş Kral Kuboku qarşılaşmasının uzatma dəqiqələrində xəsarət alıb.
Onun zədəsinin gözlənildiyindən də ağır olduğu açıqlanıb. Xedira müalicə üçün Almaniyanın Münhen şəhərinə yollanıb. "Real" rəsmi açıqlama verməsə də, 24 yaşlı yarımmüdafiəçi bu mövsüm bir daha forma geyinməsinin çox çətin olduğu bildirilir. Futbolçunun özü də tibbi müayinədən sonra "Çox pərişanam. Mənim üçün mövsüm bitdi" deyib.
Qeyd edək ki, İspaniya çempionatı mayın 22-də, Avropada futbol mövsümü isə mayın 28-də keçiriləcək Çempionlar Liqasının final matçı ilə yekunlaşacaq. Sami Xediranın iyunun 7-dək formada olacağı o qədər də inandırıcı görünmür. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 22:00-da başlanacaq.
Rafinyadan həyat yoldaşına 60 min avroluq hədiyyə - Şəkil
"Beşiktaş"ın futbolçusu sabiq klubuna qayıtdı
"Atletiko"nun futbolçusu "Qalatasaray"a keçə bilər
"Yuventus" növbəti türkiyəli futbolçunu transfer etdi
"Mançester Yunayted" Kazemiro ilə yollarını ayırır
Millimiz Danimarkaya uduzdu
Dünyanın ən varlı klubları açıqlandı
ÇL-də ən çox qol şansı yaradan oyunçu kimdir?
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bilindi
ABŞ səfirliyi “Qarabağ”ı təbrik etdi
“Real”ın zədəli futbolçularından xəbər var
Dzeko 2-ci Bundesliqa klubunda - Rəsmi
"Barselona"da ciddi itki: 1 ay oynamayacaq
"Qarabağ" pley-offa çıxacaq" - Mehmet Ak
"Qarabağ"ın qələbəsi dünya manşetlərində - Video
Qurban Qurbanovun 500-cü qalibiyyəti
Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də
"Gəldim ki, sizə dəstək olum, qardaşlar!" - Video
Mikrofonu Elvinin əlindən aldı - Video
Xetaq Qazyumov millimizin toplanışını dəyərləndirdi
Azərbaycan klublarının Çempionlar Liqasında 150-ci qolu