"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 12-ci turunda "Araz-Naxçıvan"a məğlub olduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, deyib: "Araz-Naxçıvan"ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı rəqibə qarşı oynayırdıq. Bizə çox əziyyət verdilər. Oyun haqda da danışmaq çox çətindir. Matçın əvvəlindən üzüntülü idik. Çünki futbolçularımız bir-bir sıradan çıxmışdı. Onsuzda "Sabah"la matçdan sonra məşq üçün çox vaxtımız qalmamışdı. Cəmi bir-iki məşq və bu cür yuxarılarda gedən rəqiblə qarşılaşdıq. Görüşün əvvəlindən komandanın içində qəmginlik var idi. Məşqlərdə də işləyirdik. Oyunçularımızın bir-bir sıradan çıxması hər şeyi pozdu. Görüləcək işimiz çoxdur. Bu yola çıxmışıq. İnanıram ki, işimizin öhdəsindən gələcəyik. Xüsusi təşəkkürümü azarkeşlərimizə bildirmək istəyirəm. Bizi dəstəklədilər, futbolçularımızla danışdılar.
Bu gün üzülürük. Ən azından “Neftçi” olaraq uduzmamaq istəyirdik. Əfsuslar olsun ki, edə bilmədik. Futbolçularımı da anlamağa çalışıram. Yeni baş məşqçi gəlib, çempionatın ortasında yeni məlumatlar verilir, onları qavrayıb, oyunun içində göstərmək onlar üçün çətindir. Zədəlilərlə bağlı da durum yaxşı deyil. Şikayət etməyi xoşlamıram. Reallıq budur. Futbolçular zədəli yox, sağlam olsaydılar, rotasiyalar etmək mümkün idi. İstəyərdik daha çox hücumameyilli futbolçuları buraxıb, riskə gedək. Əlimizdə olan oyunçuların hamısını meydana buraxdıq. Məndən əvvəl oynamayan futbolçuların üzərinə indi yük düşür və zədə kimi biruzə verir. Bir az dözmək lazımdır. Özümə və futbolçularıma deyirəm. Çox istəklidirlər. Zədəlilər var, onlar da tez sağalıb qayıtmaq istəyirlər. Bu dövrü belə çətin oyunlarla, dilimə də gətirə bilmirəm, belə məğlubiyyətlərlə keçməliyik. Azarkeşlər də ümidlidir. Futbolçularım da çox üzülür. Çalışacağıq ki, vəziyyətdən çıxaq. Komanda kimi futbol göstərək, qalib gələk".
Mütəxəssis komandanın psixoloji durumundan danışıb: "Psixloji məsələ nəinki qol buraxanda, işimizin bir hissəsidir. “Sabah”, “Səbail”lə oyunları deyirəm. Elə olmamışdı ki, bugünkü vəziyyətlə qarşılaşaq. Futbol heyəti yazdın, meydana çıxdın oynamaqla deyil. Futbolçularda daim canlarına hopmuş stress, qorxu var ki, uduzarıq, qol buraxarıq, qol vura bilmərik, hökmən udmalıyıq. Təlaş da yəqin ondan irəli gəlir".
S. Abasov hakim idarəçiliyinin məğlubiyyətə səbəb olmadığı qeyd edib: "Hakimdən danışsam, bir yana yıxmaq kimi qələmə verərlər. Şikayət etmək istəmirəm. Amma hakim çox pauza verirdi, vaxt uzanırdı. Azarkeşlərimiz tərəfindən də reaksiya verilməyə başlamışdı. Bu bizi coşdurur, narahat edir. Bu qədər pauzalar ola-ola 4 dəqiqə artırılması az idi. Pauzalar çox idi. Amma bu, əsla uduzmağımıza səbəb deyil.
O, heç bir transfer fikirlərinin olmadığını bildirib: "Bu gün ümumiyyətlə transfer barədə fikirləşmirik. Çünki əlimizdə olan heyət say olaraq nəinki yetərlidir, hətta artıqdır. Hansı oyunçu gedəcək...Bunlar mediada yayılmağa başlayıb. Amma məsələn, hansısa oyunçunun üzərində durmuşuq ki, artıq bizə lazım deyil...Xeyr, belə bir şey yoxdur. Hamısı bu dövrdə sınaqdan keçməlidir ki, biz də qərara gələk. Heyət keyfiyyət baxımından da bugünkü günə yaxşıdır, say baxımından da yaxşıdır. Bu qədər oyunçumuz olsa da, zədəlilərimiz var. Rafael Quzzo sona qədər dözmədi, Emin Mahmudov zədələndi. Bunlar şikayət deyil. Bizdə qorxu var idi ki, güc olaraq çatdıra bilmərik. Zədəyə görə. Oyundan-oyuna bunları dərd etməyə başlamışıq. Qarşıdakı oyunda Emil Səfərov, Emin Mahmudov olmayacaq. Burada da problemlər olacaq. Nə edək? Bu dövrü keçməliyik".
Mütəxəssis oyunun gedişatında zədələnən futbolçusu Emin Mahmudovun durumu haqda söz açıb: "Bu cür zədələr uzunmüddətli olmasa da, dərhal sağalan da deyil. Öz dediyinə görə, ciddi zədəyə oxşayır. Çünki topa zərbə vuranda,dartdı, hiss etdi. Allah şəfa versin. Emin yerli və dəyərli futbolçumuzdur, onu itirmək istəmərəm. İstəmədiyimiz halda belə oldu".
S. Abasov komandanın istədiyi səviyyədə olmadığını bildirib: "100 faiz istədiyimiz səviyyədə olmayacaq. Bir-iki oyunla heç nə olmur. Rəqib nə dərəcədə oynamağa imkan verir? İstədiyinizi dərhal meydana qoya bilməzsən. Bu qədər məğlubiyyətlərdən sonra tələskənlik, qol buraxdıqdan sonra reaksiya...Məşqçi dediyi ikinci plana düşür, futbolçunun istəyi ön plana çıxır. Hamısı eyni səviyyyəli futbolçulardır. Zədəlilər var. Digərləri onun öhdəsindən gəlməlidir. Uzun müddət oynamayan oyunçular var. Matçın gedişatında performansında hiss olunur".
O, Ramil Şeydayevin oyunundan da danışıb: "Nəinki Ramil digər futbolçular haqda da 1-2 oyunla, 5-6 məşqlə qərar verə bilmərəm. Bir futbolçu haqda öz fikirlərimi də deyə bilmərəm. Çünki onunla işləməliyəm və ən yaxşısını ondan almalıyıq. Oyunun içində proseslərə gəldikdə, vaxt lazımdır. Siz gördüyünüzü biz də görürük. İnanıram ki, futbolçu özü də görür. Bunları aradan qaldırmaq üçün zaman lazımdır. Oyundan-oyuna həll edəcəyik. Ramil haqda heç də pis fikirdə deyiləm. O, bu komandanın içində bacardığı qədər canını qoyan, özünü “öldürən”, alışıb-yanan futbolçulardandır. Gördüyümü deyirəm. Fərdi olaraq kiminsə üzərində dayanmaq istəmirəm. Vaxtı və yeri də deyil.
Mütəxəssis futbolçusu Andrey Ştoqrinin buraxdığı epizodu şərh edib: "Hər oyunçunun öz bacarığı var. Lebondur, Zubirdir bunlara topu ver, keçsinlər. Bu, onların qanındadır artıq. Nə qədər dəyişmək istəsən də, alınmayacaq. Bu, yaxşı tərəfdir. Uzaqdan yaxşı zərbə vuran oyunçuları nə qədər istəsək də, bunun ustaları var. Bunu edə biləcək tək futbolçular olur. Bizim üçün asan gələ bilər, amma uzaqdan vurmaq asan deyil. Hazırda fərqli oyunçularımın səhvləri haqda danışa bilmərik, çünki həmin vəziyyətə dəqiq baxmalıyıq.
Oyunun sonunda qabağa atılmağımız təbii idi və gedişatdan asılı idi. Amma bizim istədiyimiz odur ki, əvvəldən bunu edək. Açığı nə hücum xəttindən, nə ümumiyyətlə komandamın oyununu bəyənmədim".
O, "AFFA-nın vitse-prezident Balakişi Qasımov bugünkü müsahibəsində futbolumuzun hazırkı durumda olmasına görə veteran futbolçuları günahlandırıb. Özünüzü günahkar hesab edirsiniz?" sualına belə cavab verib: "Məni demir, məndən yaşlıları deyir. 100 faiz".
Azərbaycan millisi San Marinoya qalib gəldi
Azərbaycan yığması Şimali Makedoniyanı məğlub etdi
İtaliya klubu da baş məşqçisini yola saldı
"Turan Tovuz"dan ilk transfer
"Real" Arbeloanı istefaya göndərdi - Rəsmi
"Zirə" Anatoli Nuriyev ilə yolları ayırdı
Azərbaycan - San Marino: Heyətlər
“Qarabağ”ın hazırlıq planı bəlli oldu
"Şamaxı"dan yeni transfer
"Çelsi" "Yuventus"un futbolçusuna göz dikdi
Azərbaycan yığması Qırğızıstana məğlub oldu
Azərbaycan millisi Pakistana qalib gəldi
Baş məşqçi gedərsə, "Lans" 5 milyon qazana bilər
"Arsenal"ın ən yaxşısı seçildi
Reşford Premyer Liqa klublarının hədəfində
U-17 millimiz yenidən Qazaxıstana uduzdu
DÇ-2026-nın baş tutacağı şəhərlər və stadionlar
Azərbaycan boks tarixində ilk
AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
"Sumqayıt"dan ayrıldı, tanınmış klubu çalışdıracaq - Rəsmi
"Turan Tovuz" kapitanla yolları ayırdı
Superliqa klubunda baş məşqçi ayrılığı
"Şəfa" üç futbolçu ilə yolları ayırdı
"Real" Mourinyonu sabah təqdim edəcək
Xəyal Madridə getdi
Kiran Tripyerin yeni klubu açıqlandı
Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı
DÇ-2026-nın açılış oyununu onlar idarə edəcək
ABŞ-da milli komanda üçün qalmaqallı qarşılanma - Video
"Şəfa"dan növbəti transfer
Mundiala “Vikinq gəmisi” gəlir - Video
39 yaşlı Jiru ilə müqavilə uzadıldı
İspaniya Peruya qalib gəldi
Kannavaro Özbəkistanın DÇ-2026-ya hazırlığını dəyərləndirdi
Nesta bu klubu çalışdıracaq - Rəsmi
DÇ-2026: hakimlər nə qədər qazanacaq?
Olisenin het-triki fransızlara qələbə qazandırdı
Niderland millisi Özbəkistanı çətinliklə məğlub etdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu