"Qaranın gəlməsi bizi çox şad etdi. Onun kimi bir futbolçunun bizim komandada çıxış etməsi sevindiricidir. Öz oyun təcrübəsi, futbolçu keyfiyyəti və xarakteri ilə komandamıza faydalı olacağına inanıram".
Bu sözləri QOL.az-a açıqlamasında "Araz-Naxçıvan"ın məşqçisi Əfran İsmayılov Qara Qarayevin transferi ilə bağlı danışarkən deyib.

Əfran İsmayılov
Əfran İsmayılov "Qarabağ" və milli komandada uzun müddət bir yerdə çıxış etdiyi Qara Qarayevi "Araz-Naxçıvan"a keçməyə razı salan əsas şəxslərdən biri olub: "Baş məşqçi Elmar Baxşıyev özü də danışdı. Mən şəxsən özü ilə görüşdüm və dəfələrlə telefonla danışdım. Qara məni yaxşı tanıyır, mən də onu. Bizim sözümüz sözdür. O da bilir ki, bizdə yalan söhbət ola bilməz. Qara üçün ən yaxşı nə idisə onu seçdik və o da sonda razılaşdı. Bəli, demək olar ki, Qara ilə görüşlər çox oldu. Çalışdım ki, onu komandaya keçməyə razı salım. Sağ olsun ki, razılaşdı.
Əslində onun komandaya gəlişində hamımızın əməyi var. Klub rəhbərliyindən tutmuş baş məşqçimiz Elmar Baxşıyevə qədər. Görüşdük, danışdıq və sonda razı sala bildik. Pul söhbəti də olmadı, sağ olsun. Gəlib müqaviləyə qol çəkdi və dedi ki, əlindən gələn ən yaxşısını edəcək".
Xatırladaq ki, Qara Qarayev "Araz-Naxçıvan"la mövsümün sonuna qədər müqavilə imzalayıb.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı