Jalə Əliyeva dünya çempionu oldu

Jalə Əliyeva dünya çempionu oldu
GÜLƏŞ 26 Oktyabr 2024 / 00:23 2189
-  A +

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.

QOL.az xəbər verir ki, 57 kq-da mübarizə aparan xanım güləşçimiz 1/8 finalda ukraynalı Alina Filipoviçi, daha sonra türkiyəli Sevim Akbaşı, yarımfinalda isə ABŞ-li Sofiya Makalusonu məğlub edib. 

Həlledici görüşdə yaponiyalı Ruka Natami ilə qarşılaşan Jalə Əliyevə gərgin mübarizənin sonunda 10:8 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner