Azərbaycan 2026/27 mövsümü Çempionlar Liqasının finalını qəbul etmək üçün UEFA-ya müraciət edib.
QOL.az xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb. Həmin matçı qəbul etmək üçün Bakı Olimpiya Stadionunun namizədliyi irəli sürülüb.
Bakının finalda hələlik cəmi 1 rəqibi var. Bu, Madriddəki "Atletiko"ya məxsus "Metropolitano" stadionudur. Digər namizədliklər 2025-ci ilin martın 19-dək təqdim oluna bilər.
Finala hansı şəhərin ev sahibliyi edəcəyi haqda qərarı UEFA İcraiyyə Komitəsinin 2025-ci ilin mayın 19-da keçiriləcək iclasında veriləcək.
Qeyd edək ki, daha əvvəl Milandakı "San-Siro" stadionu da final üçün namizədliyini irəli sürmüşdü. Lakin sonradan onlar namizədliyini geri götürüb. Hazırda bu mötəbər yarışı qəbul etməyə 68 min 700 tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu və 70 min azarkeş qəbul edə biləcək "Riyadh Air Metropolitano" arenasıdır.
Xatırladaq ki, Bakı Olimpiya Stadionu 2019-cu ildə "Çelsi" və "Arsenal" arasında keçirilən Avropa Liqasının final oyununa ev sahibliyi edib. Həmin il "Metropolitano" stadionu isə Çempionlar Liqasının finalını qəbul edib.
"Milan"nın tarixinə düşdü
"Barselona" onunla müqaviləni uzadır
Sabiq futbolçu peşəkar tennisdə çıxış edəcək
Xavi "Mançester Yunayted"ə keçə bilər
"Qarabağ"ın oyunundan öncə konsert olacaq
"Məşqçi olmayacağam" - "Real"ın sabiq futbolçusu
Rafinyaya azarkeşlərin hansı hərəkəti xoş gəlməyib?
Kvaratsxeliya üçün yeni müqavilə
Millimizin təlim-məşq toplanışı üçün heyəti
"Qusar"ın vurduğu 2 qol - Video
Bonuççi millidə məşqçiliyə başladı
2-ci liqada 8-ci tur 2 qolla başladı
Türkiyə millisi Qəbələyə gəlir
"Fənərbaxça" "Zenit"lə qarşılaşacaq
"Ayaks" Azərbaycana yola düşdü - Video+Şəkillər
"Qarabağ" onları Bakıya 1 manat xərcləmədən gətirir...
Ukraynalı futbolçu müharibədə həlak oldu
Azərbaycan millisinin hücumçusu əməliyyat edildi
Totti futbolçu karyerasını bərpa edə bilər
“Atletiko”nun futbolçusu bir ay oynamayacaq
UEFA-dan azərbaycanlı referiyə daha bir təyinat