ÇL-də 3-cü tura yekun vurulur

ÇL-də 3-cü tura yekun vurulur
ÇEMPİONLAR LİQASI 23 Oktyabr 2024 / 09:00 753
-  A +

Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulacaq.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 9 matç keçiriləcək. 

Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Zaqreb "Dinamo"su "Zalsburq"la üz-üzə gələcək. "Mançester Siti" "Sparta"nı qəbul edəcək.

Günün maraqla gözlənilən matçlarından biri "Estadio Olimpico Lluis Companys" arenasında oynanılacaq. Kataloniya "Barselona"sı Münhen "Bavariya"sı ilə qarşılaşacaq. 

Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün də formasını geyindiyi "Benfika" isə "Feyenoord" ilə üz-üzə gələcək

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 3-cü tur

23 oktyabr

20:45. "Atalanta" (İtaliya) - "Seltik" (Şotlandiya)

20:45. "Brest" (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya)

23:00. "Atletiko" (İspaniya) - "Lill" (Fransa)

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Münhen)

23:00. "Benfika" (Potuqaliya) - "Feyenoord" (Niderland)

23:00. "Mançester Siti" (İngiltərə) - "Sparta" (Çexiya)

23:00. "Zalsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Leyptsiq" (Almaniya) - "Liverpul" (İngiltərə)

23:00. "Yanq Boyz" (İsveçrə - "İnter" (İtaliya)

22 oktyabr

"Milan" (İtaliya) – "Brügge" (Belçika) - 3:1

"Monako" (Fransa) – "Srvena Zvezda" (Serbiya) - 5:1

"Arsenal" (İngiltərə) – "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:0

 

"Aston Villa" (İngiltərə) – "Bolonya" (İtaliya) - 2:0

"Yuventus" (İtaliya) – "Ştutqart" (Almaniya) - 0:1

PSJ (Fransa) – PSV (Niderland) - 1:1

"Real" (İspaniya) – "Borussiya" (Dortmund, Almaniya) - 5:2

"Şturm" (Avstriya) – "Sportinq" (Portuqaliya) - 0:2

"Jirona" (İspaniya) – "Slovan" (Slovakiya) - 2:0

Daha çox


Son xəbərlər