Bu mövsümdən tarixdə ilk dəfə keçirilməyə başlayacaq Çempionlar Liqasının Liqa mərhələsinin bütün iştirakçıları məlum olub.
QOL.az-ın xəbərinə görə, dünən keçirilən pley-off mərhələsinin oyunlarından sonra 36 iştirakçının hamısının adına aydınlıq gəlib. Azərbaycan çempionu "Qarabağ" Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına hər iki görüşdə (0:2, 0:3) uduzaraq Liqa mərhələsinə düşmək şansını itirib.
Məlum olduğu kimi, ÇL-də artıq qrup mərhələsi ləğv olunub və o, Liqa mərhələsi ilə əvəzlənib. İndi komandalar qrupda olduğu kimi 3 komanda ilə 6 oyun deyil, 8 fərqli rəqiblə 8 oyun keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq (eyni sistem Avropa Liqasında da tətbiq edilib. Konfrans Liqasında da 36 iştirakçı olacaq. Amma orada komandalar Liqa mərhələsində 6 oyun keçirəcək (3-ü evdə, 3-ü səfərdə).
ÇL-də Liqa mərhələsi sentyabrın 15-də başlanacaq, 2025-ci ilin yanvarın 25-də isə yekunlaşacaq. 1-8-ci yeri tutanlar 1/8 finala yüksələcək, 9-24-cü yeri tutanlar isə 1/8 finala çıxmaq üçün 2 matçdan ibarət pley-off matçlarında oynayacaqlar. 24-36-cı yeri tutanlar avrokuboklarda mübarizəni başa vuracaqlar.
Qeyd edək ki, bu gün Bakı vaxı ilə saat 20:00-da Monakoda ÇL-in Liqa mərhələsinin püşkatma mərasimi başlayacaq.
Yarışda ən çox komanda ilə (hərəyə 5) İtaliya və Almaniya təmsil olunur.
Ümumilikdə tarixdə ilk dəfə keçiriləcək ÇL-in Liqa mərhələsinin 36 iştirakçısı aşağıda adları qeyd edilən komandalardır:
İngiltərə (4): "Arsenal", "Aston Villa", "Liverpul", "Mançester Siti"
İspaniya (4): "Atletiko", "Barselona", "Jirona", "Real"
Almaniya (5): "Bavariya", "Bayer", "Borussiya" Dortmund, "Leyptsiq", "Ştutqart"
İtaliya (5): "Atalanta", "Bolonya", "İnter", "Milan", "Yuventus"
Fransa (4): "Brest", "Lill", "Monako", "Pari Sen-Jermen"
Niderland (2): PSV, "Feyenoord"
Portuqaliya (2): "Benfika", "Sportinq"
Belçika (1): "Brügge"
Avstriya (2): "Zalsburq", "Şturm"
Serbiya (1): "Srvena Zvezda"
Slovakiya (1): "Slovan"
Ukrayna (1): "Şaxtyor"
Xorvatiya (1): "Dinamo" Zaqreb
Çexiya (1): "Sparta"
İsveçrə (1): "Yanq Boyz"
Şotlandiya (1): "Seltik"
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər