Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev Azərbaycan millisinə dəvət alıb.
QOL.az-ın məlumatına görə, yarımmüdafiəçi baş məşqçinin şans verəcəyi təqdirdə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığmasına, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsinə qarşı mübarizə aparacaq.
29 yaşlı futbolçu dəvətlə bağlı təəssüratlarını klubun rəsmi saytına bölüşüb: “Milli komanda futbolçunun karyerasının ən uca, pik, qürur nöqtəsidir. Arzumuz idi ki, nə vaxtsa biz də ölkənin əsas komandasına dəvət alaq, oynamaq şansı qazanaq. Əlbəttə futbol camiəsi də bilir ki, mən hansı yolları keçmişəm, hansı çətinliklərə qalib gələrək buna nail olmuşam. Ona görə də bu dəfə mənim üçün ikiqat sevincli oldu. “Araz-Naxçıvan”dakı kollektivimin də əməyi danılmazdır. Onlara da təşəkkür edirəm. Bu gün “Araz-Naxçıvan” uğurlu qrafik cızmasaydı, nəticələrimiz yaxşı olmasaydı, yəqin ki, məni də dəvət etməzdilər. Bu dəvət bir kollektivin uğurudur.
Millimizi qarşıda iki çətin oyun gözləyir. Düzdür, tanıyanlar bilir ki, meydanda mənim üçün rəqibin kimliyi önəm daşımır. Əsas olan öz oyunun, komandan üçün bacardığının ən yaxşısını etməkdir. Bir yolumuz var: özümüzə və gördüyümüz işə inanmalı, qələbə qazanmaq üçün inamla mübarizə aparmalıyıq. Şans veriləcəyi təqdirdə, yaxşı tərəfdən seçilməyə çalışacağam”.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video