"Bu gün Gəncəyə olan raket hücumunun il dönümüdür. Qələbəni bütün Gəncəyə, şəhidlərə həsr edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Oyun barədə çox danışmaq mümkün deyil. Çox sevincliyik. Çoxdandır qələbəyə həsrət idik. Bilirdik ki, doğru yoldayıq. Bu gün hər iki hissədə istədikərimizi edə bildik. Əlimizə düşən fürsətlərdən maksimum yararlandıq".
QOL.az xəbər verir ki, bu sözləri Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 9-cu turunda öz meydanlarında "Neftçi"ni 4:3 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib:
O, jurnalistlərin suallarını cavablandırıb:
- Hamı "Neftçi"nin qalib gələcəyini düşünürdü. Nəyi dəyişdiniz ki, bu gün komandanız qələbə qazandı?
- Bura gələndən 3 oyunda 3 məğlubiyyət almışdıq. Amma hər oyunda nələrisə daha yaxşı etməyə çalışırdıq. Bəzi şeyləri birdən-birə dəyişmək olmur, addım-addım etmək olur. İnanıram ki, bundan sonra daha yaxşı oyunlarımız olacaq. Hər şey inamdan asılıdır. Uşaqları inandıra bildik. Məncə, pis alınmadı.
- Qarşıda milli fasilə gəlir, daha sonra isə "Qarabağ"la oyun. Özünüzü necə hiss edirsiniz?
- Çox gözəl hiss edirik. Fasilə bizim xeyrimizə olacaq. Bəzi məqamları yaxşılaşdırmağa çalışacağıq. "Qarabağ"a qarşı oynamaq xoşdur. Uşaqları həmin matça yaxşı kökləmək lazımdır.
- Oyun planınız nə idi? "Neftçi"nin hansı üstün cəhətlərini təhlil etmişdiniz?
- "Neftçi"nin ən üstün cəhətləri cinahları və mərkəzi idi. Hamı istəyər ki, heyətində Ozobiç kimi "10 nömrə" olsun. İlk tapşırığımız bu oldu ki, bizim vingerlər cinahdan çox çıxmasın və rəqbin vingerlərini zərərsizləşdirsinlər. Braqananın bir az problemi var, ingiliscə yaxşı bilmir. Amma oyundan-oyuna yaxşı olacaq.
- Yeni transferiniz Mahamadu Banın start heyətdə meydana buraxdınız. Futbolçu hazır idi?
- Mənim üçün futbolçunun yeni qoşulması önəmli deyil. Əsas onun beynində hazır olmasıdır. Fubolçu özü bildirdi ki, 70-80 faiz hazıram. Bu, mənə bəs elədi. Məncə, pis təsir bağışlamadı. (sportal.az)
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi