Bu gün “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda İsveç çempionu “Malmö”nü qəbul edəcək.
QOL.az bu oyunla bağlı Ağdam klubunun keçmiş futbolçularının fikirlərini öyrənib.
Həmçinin oxuyun: “Qarabağ” “Malmö”yə də uduzdu
Vüqar Nadirov
Həm yerli çempionat, həm də avrokuboklarda “Qarabağ”ın vacib qollarını vurmuş Vüqar Nadirov komandaların şanslarını bərabər hesab edir: “Bu gün məşqçinin verdiyi tapşırıqları hansı komanda düzgün yerinə yetirsə, o da qalib gələcək. Açığı, “Malmö”nün oyununu izləməmişəm. Amma İsveç çempionudurlar və bura qədər gəliblər. Deməli, asan rəqib deyil. Şansları bərabər qiymətləndirirəm”.
V.Nadirov Avropa Liqasında yeni formatın əvvəlkindən çətin olduğunu düşünür: “Yeni format komandalara bir qədər çətinlik gətirə bilər. Çünki hələ uyğunlaşmayıblar. Mən düşünürəm ki, 4 komandadan ibarət olan qrup daha rahat idi. Komandalar bir-birini tanıyırdılar. “Qarabağ”a da bir az vaxt lazımdır ki, yeni formata uyğunlaşsın. Məncə, “Qarabağ” bu turnirdə də xallar
toplayacaq”.
Artim Şakiri
Ağdam klubunun makedoniyalı sabiq yarımmüdafiəçisi Artim Şakiri isə keçmiş komandasının qələbəsinə inandığını qeyd edib: “Bu oyunda "Qarabağ"ı üstün görürəm. Həm evdə oynayacaqlar, həm də qalib gəlmək üçün “Qarabağ”da hər şey var.
Bəli, rəqib İsveç çempionudur, amma bu, “Qarabağ” üçün o qədər də böyük problem deyil. Çünki klubun avrokuboklarda böyük təcrübəsi, özünəməxsus mentaliteti var. “Qarabağ” həmişə sona qədər mübarizə aparır”.
Əfran İsmayılov
“Qarabağ”ın aparıcı üzvlərindən olmuş Əfran İsmayılov da bu oyunda Ağdam klubunun daha şanslı olduğunu bildirib: “Bizə uyğun rəqibdir və evdə oynayırıq. Düzdür, bu turnirdə heç bir rəqib asan udulası komanda deyil. Amma məncə, “Malmö” “Qarabağ”ın “dişinə” uyğun rəqibdir. Evdə qalib gəlmək lazımdır ki, 3 xal qazanaq. Bunu “Qarabağ” da yaxşı bilir. Düşünürəm ki, “Qarabağ” gözəl oyun nümayiş etdirəcək və qələbə qazanacaq”.
Ramiq Ağaməmmədov
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə