La Liqanın növbəti turuna "Vilyarreal" - "Saraqosa" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, 3-cü yer uğrunda mübarizə aparan meydan sahibləri istəklərinə dəqiq penalti zərbəsi sayəsində çatıblar.
Hesabat turunda bütün dünya futbol ictimaiyyətinin diqqəti Madridə yönəlib. La Liqanın növbəti turu çərçivəsində "Real" (Madrid) klubu öz meydanında əzəli rəqibi "Barselona"nı qəbul edib. Son 18 gün ərzində 4 dəfə qarşılaşacaq "Real" və "Barselona" komandalarının ilk görüşü heç-heçə ilə nəticələnib. La Liqanın birinci dövrəsində səfərdə "Barselona"ya 0:5 hesabı ilə məğlub olan "Real" futbolçuları doğma azarkeşlər önündə nəyə qadir olduqlarını göstərməyə çalışıblar. Lakin nəticə "kral klubu" üçün heç də ürəkaçan olmayıb.
"El-Klassiko" tarixində bu komandaların 209-cu görüşündə 43-cü heç-heçə qeydə alınıb. Əvvəlki oyunlarda qələbə nisbəti "Real"ın tərəfində (85:82) olsa da, 1:1 hesablı heç-heçə əslində madridlilər üçün məğlubiyyətə bərabər olub. Çünki paytaxt komandası lider "Barselona" ilə 8 xallıq fərqi aradan qaldıra bilməyib.
Hər iki qol penaltidən vurulub. Əvvəlcə hakim "Real"ın futbolçusu Raul Albiolu kobud oyuna görə meydançadan qovaraq, penalti təyin edib. "Barselona"nın ulduzu Lionel Messinin zərbəsi dəqiq olub. Matçın sonlarında isə bu imkanı "kral klubu" əldə edib. Bu dəfə Kriştianu Ronaldu qol vurub. Beləliklə, sona 6 tur qalmış "Barselona" xallarını 85-ə çatdırıb. "Real" isə 77 xalla ikinci pillədə qalıb.
İspaniya çempionatı, 32-ci tur
16 aprel
21:00. "Xetafe" - "Sevilya" - 1:0
Qol: Nikolas Miku, 76
21:00. "Malaqa" - "Malyorka" - 3:0
Qollar: Sebastyan Fernandes, 26. Julio Baptişta, 40; 57
23:00. "Almeriya" - "Valensiya" - 0:3
Qollar: Roberto Soldado, 51. Marius Stankyaviçyus, 67. Xordi Alba, 81
01:00. "Real" - "Barselona" - 1:1
Qollar: Kriştianu Ronaldu, 82-pen. - Lionel Messi, 51-pen.
Qırmızı vərəqə: Raul Albiol, 51 ("Real")
"Real": 1. İker Kasilyas, 4. Serxio Ramos, 18. Raul Albiol, 2. Rikardo Karvalyo, 12. Marselo, 24. Sami Xedira, 3. Pepe, 14. Xabi Alonso, 22. Anxel Di Maria, 9. Kərim Benzema, 7. Kriştianu Ronaldu
"Barselona": 1. Viktor Valdes, 2. Daniel Alveş, 3. Xerard Pike, 5. Karles Puyol, 21. Adriano, 8. Andres İnyesta, 16. Serxio Buskets, 6. Xavi Ernandes, 17. Pedro Rodriges, 10. Lionel Messi, 7. David Vilya
17 aprel
20:00. "Deportivo" - "Rasinq" - 2:0
Qollar: Lassad, 45. Xisko, 49
20:00. "Levante" - "Erkules" - 2:1
Qollar: Ruben Suares, 5. Xuanlu, 43 - David Trezege, 82
20:00. "Real Sosyedad" - "Sportinq" - 2:1
Qollar: Antoni Qrizmann, 32; 79 - De las Kuevas, 69
22:00. "Osasuna" - "Atletik" - 1:2
Qollar: Kike Sola, 51 - Fernando Lyorente, 69. İker Muniain, 90
Qırmızı vərəqələr: Serxio, 87 - Xabyer Kastilyo, 57
00:00. "Espanyol" - "Atletiko" - 2:2
Qollar: Pablo Osvaldo, 38; 58 - Koke, 2. Serxio Aqüero, 49
18 aprel
00:00. "Vilyarreal" - "Saraqosa" - 1:0
Qol: Cüzeppe Rossi, 71-pen.
Qırmızı vərəqə: İkeçukvu Uçe, 90 ("Saraqosa")
| Komandalar | O | Q | H | M | T | X | |
| 1. | Barselona | 32 | 27 | 4 | 1 | 86-17 | 85 |
| 2. | Real Madrid | 32 | 24 | 5 | 3 | 73-23 | 77 |
| 3. | Valensiya | 32 | 19 | 6 | 7 | 54-35 | 63 |
| 4. | Vilyarreal | 32 | 17 | 6 | 9 | 49-36 | 57 |
| 5. | Atletik | 32 | 15 | 3 | 14 | 49-46 | 48 |
| 6. | Sevilya | 32 | 13 | 7 | 12 | 48-47 | 46 |
| 7. | Atletiko | 32 | 13 | 7 | 12 | 50-43 | 46 |
| 8. | Espanyol | 32 | 14 | 3 | 15 | 40-45 | 45 |
| 9. | Levante | 32 | 12 | 6 | 14 | 36-42 | 42 |
| 10. | Malyorka | 32 | 11 | 6 | 15 | 33-45 | 39 |
| 11. | Sportinq | 32 | 9 | 11 | 12 | 30-37 | 38 |
| 12. | Real Sosyedad | 32 | 12 | 2 | 18 | 42-55 | 38 |
| 13. | Deportivo | 32 | 9 | 11 | 12 | 27-40 | 38 |
| 14. | Xetafe | 32 | 10 | 7 | 15 | 43-51 | 37 |
| 15. | Rasinq | 32 | 9 | 10 | 13 | 31-47 | 37 |
| 16. | Osasuna | 32 | 9 | 8 | 15 | 37-39 | 35 |
| 17. | Malaqa | 32 | 9 | 6 | 17 | 42-62 | 33 |
| 18. | Saraqosa | 32 | 8 | 9 | 15 | 31-45 | 33 |
| 19. | Erkules | 32 | 8 | 6 | 18 | 29-50 | 30 |
| 20. | Almeriya | 32 | 5 | 11 | 16 | 32-57 | 26 |
"Neftçi"nin "Zirə" ilə heç-heçəsindən - Video
"Arsenal"dan "Marsel"ə
"Vəziyyət pisə doğru gedir" - Rəşad Sadıqov
Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident
"Sumqayıt" Ukrayna klubunun futbolçusunu transfer etdi
Kloppdan "Real"a şərt
Qvardiola etiraf etdi
Səudiyyə Ərəbistanı klubları 50 uldzu futbolçunu hədəf aldı
Rövşən Nəcəf FİFA prezidenti ilə görüşdü - Şəkillər
Azərbaycan çempionatında ikinci günün döyüşləri başa çatdı
İlin ilk oyununda vurulan qollar - Video
"Nəticəyə görə ruhdan düşmüşük" - Jorj Kaşkilya
"Neftçi" - "Zirə": Heyətlər
Hava şəraiti və stadionun vəziyyəti yaxşı oynamağımıza imkan vermədi" - Andrey Demçenko
Avropa Liqasında rekordları fəth edir
15 illik "Arsenal" macərası başa çatır
"DH Volley"dən Yüksək Liqada növbəti qələbə
AFFA-dan uşaq futbolu ilə bağlı yenilik
"Karvan-Yevlax" baş məşqçi təyinatını açıqladı
Yuri Vernidub hansı futbolçuları TOP-5 liqada görür?
Güləş Federasiyasının rəhbərliyi Qarabağa səfər edib
"İmişli" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Çempionlar Liqasında "Qarabağ"ı da gözləyən xaotik gün
Əliyar Ağayev Avroliqa oyununu idarə etdi
Luçeskunun səhhətində ciddi problemlər var
"Fənərbaxça"dan Fransa klubuna - Rəsmi
Məşhur rus futbol adamının “Qarabağ” etirafı
"Fənərbaxça"nın "Aston Villa"ya məğlubiyyəti - Video
"Tottenhem" "Santos"dan futbolçu aldı
Avropa Liqasında pley-off şansını itirən 6 komanda
Avroliqada 1/8 finala və pley-offa vəsiqəni təmin edənlər
"Fənərbaxça" uduzdu, "Roma"dan qələbə
Avroliqa oyununda iğtişaş: Matç 50 dəqiqə gec başladı
Ançelotti barədə qərar verildi
Azərbaycan klublarının qış transferləri - Yenilənir
Rafinyadan həyat yoldaşına 60 min avroluq hədiyyə - Şəkil
"Beşiktaş"ın futbolçusu sabiq klubuna qayıtdı
"Atletiko"nun futbolçusu "Qalatasaray"a keçə bilər
"Yuventus" növbəti türkiyəli futbolçunu transfer etdi
"Mançester Yunayted" Kazemiro ilə yollarını ayırır
Millimiz Danimarkaya uduzdu
Dünyanın ən varlı klubları açıqlandı