“Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri QOL.az-a müsahibə verib. A.Şakiri 2008/2009 mövsümündə Azərbaycanda çıxış edib. O, "Qarabağ"la Azərbaycan kubokunu qazanıb.
51 yaşlı makedoniyalı keçmiş yarımmüdafiəçiyə əsasən Ağdam klubu ilə bağlı suallar ünvanladıq.
- Azərbaycan və “Qarabağ”ı necə xatırlayırsınız?
- Çox gözəl xatirələrim var. Bakıda çox yaxşı günlər keçirmişəm. Azərbaycanda yaşamağımdan zövq almışam. “Qarabağ”da çıxış etdiyim dövrdə özümü vətənimdəki kimi hiss edirdim.
- Hazırda nə işlə məşğulsunuz?
- Bir müddətdir ki, çalışmıram. Hazırda klub axtarışındayam.
- Azərbaycana məşqçi kimi qayıtmaq istərdiniz?
- Bəli, hansısa klubdan təklif alsam, Azərbaycana qayıtmaq, orada işlmək istəyərəm.
- “Qarabağ” klubundan əlaqə saxladığınız şəxslər var?
- Futbolçulardan indikilərlə yox, amma keçmiş komanda yoldaşlarımdan bəziləri ilə əlaqəmiz qalır. Həm də klub rəhbərliyi ilə də əlaqələrimiz davam edir.

- “Qarabağ” sabah Avropa Liqasında “Tottenhem”in qonağı olacaq. Sabiq komandanızın oyunundan nə gözləyirsiniz?
- Düşünürəm ki, “Qarabağ”ın futbolçuları 90 dəqiqə ərzində var qüvvələri ilə çalışmalıdırlar. Topu itirməmək, yaxud da qazanmaq üçün belə rəqibə qarşı çoz əziyyət çəkməlisən. Çox çətin oyun olacaq.
- Düşünürsünüz ki, güclər arasında fərq çox böyükdür?
- Əslində belədir. Amma bunu “Qarabağ”ın futbolçuları düşünməməlidir. Onlar rəqibə həddindən çox hörmət etsə, yəni gözlərində çox ucaltsalar, oyunlarında problem olacaq.
- İngiltərədə “Vest Bromviç”də çıxış etmisiniz. “Tottenhem”ə qarşı oynamaq imkanınız olub?
- “Vest Bromviç”dəki ilk mövsümümdə komanda Çempionşipdə mübarizə aparırdı. Növbəti il Premyer Liqaya vəsiqə qazansaq da, “Tottenhem”lə oyunlarda meydana çıxmamışam. Ehtiyatda qalmışam.
- “Qarabağ”ın avrokubok oyunlarını izləyirsiniz?
- Bəli, nə vaxt imkan tapsam, baxıram. Avrokuboklardakı oyunlarının demək olar ki, çoxunu izləyirəm.
- “Qarabağ”ın yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsindəki şanslarını necə qiymətləndiririsiniz?
- Məncə, bu turnirdə hər komanda üçün şans var. “Qarabağ” avrokuboklarda hər il çox yaxşı çıxış edir. İndi də istənilən komandaya qalib gələ bilərlər, amma bu, o qədər də asan deyil.
Ramiq Ağaməmmədov
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu