Avropa Liqası yeni formatda start götürür - 9 oyun

Avropa Liqası yeni formatda start götürür - 9 oyun
AVROKUBOKLAR 25 Sentyabr 2024 / 09:24 1991
-  A +

Bu gün UEFA Avropa Liqasının yeni formatda keçiriləcək Liqa mərhələsi start götürəcək.

QOL.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 9 matç keçiriləcək.

Türkiyə “Qalatasaray”ı öz meydanında PAOK-la (Yunanıstan) qarşılaşacaq. İngiltərə nəhəngi "Mançester Yunayted" "Tvente"ni (Niderland) qəbul edəcək.

İlk turun daha 9 oyunu sentyabrın 26-da keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” sabah səfərdə İngiltərədə “Tottenhem”lə qarşılaşacaq.

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vururlar.

25 sentyabr

Avropa Liqası
Liqa mərhələsi
1-ci tur

20:45 "Alkmaar" (Niderland) – "Elfsborq" (İsveç)

20:45 "Bodo-Qlimt" (Norveç) – "Portu" (Portuqaliya)

23:00 "Anderlext" (Belçika) – "Ferentsvaroş" (Macarıstan)

23:00 "Dinamo" (Kiyev, Ukrayna) – "Latsio" (İtaliya)

23:00 "Qalatasaray" (Türkiyə) – PAOK (Yunanıstan)

23:00 "Ludoqorets" (Bolqarıstan) – "Slaviya" (Praqa, Çexiya)

23:00 "Mançester Yunayted" (İngiltərə) – "Tvente" (Niderland)

23:00 "Midtyulland" (Danimarka) – "Hoffenhaym" (Almaniya)

23:00 "Nitsa" (Fransa) – "Real Sosyedad" (İspaniya)

 

26 sentyabr

20:45."Fənərbaxça" (Türkiyə) - "Union" (Belçika) 

20:45."Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya)

23:00."Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə)

23:00."Roma" (İtaliya) - "Atletik" (İspaniya)

23:00."Braqa" (Portuqaliya) - "Makkabi" (Təl-Əviv, İsrail)

23:00."Ayntraxt" (Almaniya) - "Viktoriya" (Çexiya)

23:00."Styaua" (Rumıniya) - RFS (Latviya)

23:00."Lion" (Fransa) - "Olimpiakos" (Yunanıstan)

23:00."Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) 

Daha çox


Son xəbərlər
24.09.24  21:39

"İnter"də ciddi itki