Bu gün "Lujniki"də Rusiyanın "Spartak" və Portuqaliyanın "Portu" komandaları arasında keçirilən Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunundan öncə İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin 50 əməkdaşı maskada və avtomatla stadionun inzibati binasına avtomatla soxulublar. Qol.Az-ın məlumatına görə, bu barədə "Lujniki" Olimpiya Kompleksinin mətbuat xidmətinin rəsmi açıqlamasında bildirilir.
Sənəddə qeyd olunub ki, silahlı hücumla əlaqədar kompleksin bütün əməkdaşlarının işi iflic olub. Bu hərəkətə idman qurğusunun sənədləşmə işlərini yoxlamaq üçün yol verilib. Halbuki ötən il ərzində "Lujniki"də müxtəlif təşkilatlar tərəfindən 62 yoxlama aparılıb. Lakin kompleksin işində qanun pozuntusu aşkarlanmayıb.
"Bu günkü situasiya stadionun futbol matçına hazırlığına tam çətinlik yaratdı" deyə "Lujniki" rəhbərliyi xəbərdarlıq edib.
Nunu istefaya göndərildi
"Fənərbaxça"da daha bir ayrılıq
"Səbail" qanalı Mustafanı transfer etdi
Fransa millisinin sabiq üzvü Türkiyə klubunda - Rəsmi
Xabi Alonso ən yaxşı məşqçi seçildi
Onana "Trabzonspor"a keçdi
2-ci liqada oyunların saatı açıqlandı
"Hədəfimiz Bakıda qələbə qazanmaqdır" - Aleksandr Zinçenko
Naxçıvan stadionu ilə bağlı müsbət xəbər
Alfonso Dominqes 1/4 finala yüksəldi
"Bayer" yeni baş məşqçisini açıqladı
Andrey Şevçenko Bakıya gəldi - Foto
Azərbaycan millisinin heyətində dəyişikliklər