Portuqaliyalı mütəxəssis Joze Mourinyo Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Qol.Az-ın məlumatına görə, Mourinyo 4 müxtəlif komanda ilə turnirin yarımfinalına çıxmağı bacaran yeganə baş məşqçi kimi tarixə düşüb.
48 yaşlı baş məşqçinin rəhbərliyi altında əvvəllər Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi", İtaliyanın "İnter" komandaları yarımfinalda iştirak hüququna yiyələnmişdilər. İndi isə bu sıraya İspaniya "Real"ı da qoşulub. Onlardan "Portu" və "İnter" Çempionlar Liqasının qalibi olub.
Digər tərəfdən, 1Ə4 final mərhələsində "Real"ın İngiltərənin "Tottenhem" klubu ilə keçirdiyi 1/4 final mərhələsinin cavab görüşü Mourinyonun baş məşqçi kimi 500-cü oyunu olub. O, debüt matçına 2000-ci il dekabrın 23-də çıxıb. Portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi "Benfika" "Boavişta"ya 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Joze Mourinyo karyerası ərzində 17 kubok qazanıb. İndiyədək onun komandaları 334 qələbə, 104 heç-heçə, 61 məğlubiyyət alıblar.
Nunu istefaya göndərildi
"Fənərbaxça"da daha bir ayrılıq
"Səbail" qanalı Mustafanı transfer etdi
Fransa millisinin sabiq üzvü Türkiyə klubunda - Rəsmi
Xabi Alonso ən yaxşı məşqçi seçildi
Onana "Trabzonspor"a keçdi
2-ci liqada oyunların saatı açıqlandı
"Hədəfimiz Bakıda qələbə qazanmaqdır" - Aleksandr Zinçenko
Naxçıvan stadionu ilə bağlı müsbət xəbər
Alfonso Dominqes 1/4 finala yüksəldi
"Bayer" yeni baş məşqçisini açıqladı
Andrey Şevçenko Bakıya gəldi - Foto
Azərbaycan millisinin heyətində dəyişikliklər