Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 cavab görüşü keçirilib. Qol.Az-ın məlumatına görə, hər 2 oyun gözlənildiyi kimi, formal xarakter daşıyıb.
Belə ki, öz meydanında "Tottenhem"i 4:0 hesabı ilə məğlub edən Madrid "Real"ı axşamkı görüşə olduqca rahat çıxıb. "Tottenhem" doğma azarkeşlər önündə "Real"ı məğlub etmək istəyini reallığa çevirə bilməyib. Əvəzində "kral klubu" ikinci yarıda Kriştianu Ronaldunun ifasında Avropa kuboklarında 900-cü qolunu vuraraq, yarımfinala vəsiqəni rəsmiləşdirib. "Real" növbəti mərhələdə əzəli rəqibi "Barselona"ya rəqib olub. Bu isə o deməkdir ki, azarkeşlər 18 gün ərzində 4 "El-Klassiko"nun şahidi olacaqlar. Çünki "Real"la "Barselona" aprelin 16-da İspaniya çempionatında, aprelin 20-də İspaniya Kubokunun finalında, aprelin 27-də və mayın 3-də isə Çempionlar Liqasının yarımfinalında görüşməlidirlər.
Günün digər qarşılaşmasında da möcüzə baş verməyib. Çempionlar Liqasının son qalibi "İnter" Almaniya "Şalke 04"ünə öz meydançasında olduğu kimi, səfərdə də uduzub. Səfərdə 5:2 hesabı ilə qalib gələn "Şalke 04" öz meydançasında minimal üstünlüklə qələbə qazanıb - 2:1. Beləliklə, "İnter" son çempion titulunu yenidən təsdiqləyə bilməyib. Almaniya təmsilçisi yarımfinalda İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gələcək. İlk oyun aprelin 26-da Almaniyada, cavab görüşü isə mayın 4-də İngiltərədə keçiriləcək.
13 aprel
1/4 final mərhələsi (cavab görüşləri)
23:45. "Tottenhem" (İngiltərə) - "Real" (Madrid, İspaniya) - 0:1
Qol: Kriştianu Ronaldu, 50 (0:1)
(ilk oyun 0:4)
23:45. "Şalke 04" (Almaniya) - "İnter" (İtaliya) - 2:1
Qollar: Raul, 45 (1:0). Tiaqo Motta, 49 (1:1). Benedikt Hövedes, 81 (2:1)
(ilk oyun 5:2)
"Neftçi"nin "Zirə" ilə heç-heçəsindən - Video
"Arsenal"dan "Marsel"ə
"Vəziyyət pisə doğru gedir" - Rəşad Sadıqov
Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident
"Sumqayıt" Ukrayna klubunun futbolçusunu transfer etdi
Kloppdan "Real"a şərt
Qvardiola etiraf etdi
Səudiyyə Ərəbistanı klubları 50 ulduz futbolçunu hədəf aldı
Rövşən Nəcəf FİFA prezidenti ilə görüşdü - Şəkillər
Azərbaycan çempionatında ikinci günün döyüşləri başa çatdı
İlin ilk oyununda vurulan qollar - Video
"Nəticəyə görə ruhdan düşmüşük" - Jorj Kaşkilya
"Neftçi" - "Zirə": Heyətlər
Hava şəraiti və stadionun vəziyyəti yaxşı oynamağımıza imkan vermədi" - Andrey Demçenko
Avropa Liqasında rekordları fəth edir
15 illik "Arsenal" macərası başa çatır
"DH Volley"dən Yüksək Liqada növbəti qələbə
AFFA-dan uşaq futbolu ilə bağlı yenilik
"Karvan-Yevlax" baş məşqçi təyinatını açıqladı
Yuri Vernidub hansı futbolçuları TOP-5 liqada görür?
Güləş Federasiyasının rəhbərliyi Qarabağa səfər edib
"İmişli" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Çempionlar Liqasında "Qarabağ"ı da gözləyən xaotik gün
Əliyar Ağayev Avroliqa oyununu idarə etdi
Luçeskunun səhhətində ciddi problemlər var
"Fənərbaxça"dan Fransa klubuna - Rəsmi
Məşhur rus futbol adamının “Qarabağ” etirafı
"Fənərbaxça"nın "Aston Villa"ya məğlubiyyəti - Video
"Tottenhem" "Santos"dan futbolçu aldı
Avropa Liqasında pley-off şansını itirən 6 komanda
Avroliqada 1/8 finala və pley-offa vəsiqəni təmin edənlər
"Fənərbaxça" uduzdu, "Roma"dan qələbə
Avroliqa oyununda iğtişaş: Matç 50 dəqiqə gec başladı
Ançelotti barədə qərar verildi
Rafinyadan həyat yoldaşına 60 min avroluq hədiyyə - Şəkil
"Beşiktaş"ın futbolçusu sabiq klubuna qayıtdı
"Atletiko"nun futbolçusu "Qalatasaray"a keçə bilər
"Yuventus" növbəti türkiyəli futbolçunu transfer etdi
"Mançester Yunayted" Kazemiro ilə yollarını ayırır
Millimiz Danimarkaya uduzdu