İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatına yekun vurulub.
QOL.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, son yarış günündə sərbəst güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.
Rəvan Həsənzadə (45 kq) gürcüstanlı Levan Nozadzeyə (tuş), monqolustanlı Oçirxu Badarxa (6:3) və belaruslu Kiril Nikitsikə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Amirabbas Ramezanibazarmahallehə 2:4 hesabıyla məğlub olan Rəvan bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bekzat Amangəldini “tuş”la üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Muhəmməd İsmayılov (51 kq) iranlı Sam Arşadğasabsarayiyə 5:4 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Marlen Abdraimova sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.
Hüseyn İsmayılov (60 kq) britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Son görüşdə qırğızıstanlı Omurbek Uluya 1:5 hesabıyla məğlub olan Hüseyn gümüş medalı boyundan asıb.
Nihad Abasov (71 kq) 1/8 finalda amerikalı Melvin Millerə (0:11), Fərhad Süleymanlı (92 kq) təsnifat mərhələsində digər amerikalı Con Diakomihalisə (3:7) uduzub.
Beləliklə, millimiz dünya çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub.
Xatırladaq ki, ötən gün Hüseyn Hüseynovla (55 kq) Muxamad Qantemirov (110 kq) dünya üçüncüsü olub. Yığmamız 77 xalla komanda hesabında ilk “5-liy”i qapayıb.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi