İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.
QOL.az xəbər verir ki, mundialda iştirak edən 6 qız güləşçimizdən üçü vətənə medalla qayıdır.
Nəzrin Əhmədli (40 kq) kanadalı İraabir Suç (12:1) və türkiyəli Liva Çelikə (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında ukraynalı Kamila Kuçmaya (0:5) məğlub olan Əhmədli bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Vivyen Şentpaladan güclü olub – 11:6.
Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində belaruslu Mariya Xruşovaya (AİN) “tuş”la uduzub.
Günay Qurbanova (61 kq) rusiyalı Zalina Totrovaya (AİN) 9:4 hesabıyla, daha sonra isə iordaniyalı Maya İşakata vaxtından əvvəl (10:0) qalib gələrək yarımfinala yüksəlib. Günay yarımfinalda yaponiyalı Sae Noquçiyə məğlub olub – 0:5. Qurbanova bürünc medal uğrunda qarşılaşmada hindistanlı Racnita Racnitanı “tuş”la üstələyib.
Zəhrə Kərimzadə (69 kq) 1/8 finalda ukraynalı Oleksandra Rıbaka müqavimət göstərə bilməyib – 0:10. Ancaq ruhdan düşməyən Kərimzadə təsəlliverici görüşdə Kıjjıbek Jarkinbayevanı mübarizədən kənarlaşdırıb – 3:1. Zəhra üçüncü yer uğrunda görüşdə də əsl əzmkarlıq göstərib. Belə ki, türkiyəli İlayda Cinlə qarşılaşmanın son saniyələrində işlətdiyi 4 xallıq fənd həmyerlimizə 6:4 hesablı qələbə qazandırıb.
Beləliklə, millimiz 3 bürünc medalla dünya çempionatını başa vurub. Bu isə medalların sayına görə son 9 ilin ən yaxşı nəticəsidir. Böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında komanda hesabında 6-cı yeri tutan yığmamız 55 xal toplayıb ki, bu da U-17 dünya çempionatları tarixində komandamızın yığdığı ən yüksək xaldır.


Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu