İqor Ponomaryov: "Bəzi futbolçuların zədəli olması məni narahat edir"

İqor Ponomaryov: "Bəzi futbolçuların zədəli olması məni narahat edir"
PREMYER LİQA 24 Fevral 2009 / 14:31 4499
-  A +

"Bakı" ilə oyuna həmişəki qaydada hazırlaşırıq. Yeganə problem bəzi futbolçuların zədəli olmasıdır". Qol.Az-ın məlumatına görə, bu sözləri sabah ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Bakı" ilə qarşılaşacaq "Xəzər-Lənkəran"ın baş məşqçisi İqor Ponomaryov deyib. Təcrübəli mütəxəssis rəqibin də çox güclü komanda olduğunu bildirib: "Kamran Ağayevin yoxluğunda qapını Dmitri Kramarenko qoruyacaq. "Bakı"ya gəldikdə isə, rəqibin gücü məlumdur. Onların "Neftçi"yə qarşı son oyununu izlədim. Komandanın heyəti çox güclüdür. Xüsusən də hücum xətti. Komandanın heyətində Mahmud Qurbanov, Amiran Muciri və Georgi Adamiyanın gözəl oyununu qeyd edə bilərəm".  

Son xəbərlər