“Neftçi Arena” stadionunun ot örtüyünün yararsız hala düşməsi səbəbindən "Neftçi"nin iki oyunun məkanı dəyişdirilib.
QOL.az xəbər verir ki, hazırda stadionun ot örtüyündə bərpa işləri gedir.
Peşəkar Futbol Liqasının yaydığı xəbərə görə “Neftçi Arena” stadionunun ot örtüyünün yararsız hala düşməsini, stadionda aparılan bərpa işlərini, “Neftçi” Peşəkar Futbol Klubunun rəsmi müraciətini, “Şamaxı” Peşəkar Futbol Klubunun rəsmi razılığını nəzərə alan Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 3-cü və 5-ci turları ilə bağlı dəyişikliklər edib.
Dəyişikliyə əsasən, Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” - “Sabah” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi “Neftçi Arena”da deyil, “Liv Bona Dea Arena”da baş tutacaq. Oyunun günü, vaxtı ilə bağlı dəyişiklik yoxdur.
Misli Premyer Liqasının 5-ci turunun “Neftçi” - “Şamaxı” oyunu ilə 13-cü turun “Şamaxı” – “Neftçi” oyununun yeri dəyişdirilir, qeyd olunan dəyişiklik klubların əvəzedici heyətlərinin oyununa şamil edilmir.
“Neftçi Arena” stadionunda ot örtüyünün bərpa işləri 7-ci turda keçiriləcək “Qarabağ”la oyuna qədər yekunlaşacaq.
"Neftçi" də açıqlama yaydı
"Neftçi" klubu da açıqlama yayaraq “Neftçi Arena” müvəqqəti olaraq təmirə bağlandığını açıqlayıb. Açıqlamada bildirilir:
"Bir müddət öncə renovasiya işlərinə start verilmiş meydanın son durumu yenidən araşdırılıb və məlum olub ki, arenanın ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. Ötən mövsümün sonunda stadionun qazonunun dəyişdirilməsinə qərar verilmişdi. Bu istiqamətdə aparılan işlərin cari mövsümün startına kimi tamamlanması və arenanın komandanın istifadəsinə verilməsi planlaşdırılmışdı. Ancaq iyun-iyul aylarında müşahidə olunan anomal istilər səbəbindən ot örtüyünün keyfiyyətinin istənilən səviyyəyə çatdırılmasında problemlər yarandı.
Mövcud vəziyyəti, komandamızın topa yiyələnmə və qısa ötürmələr üzərində qurulmuş oyun üslubunu, futbolçuların zədə riskini nəzərə alan “Neftçi” PFK rəhbərliyi “Neftçi Arena”nın yenidən təmirə bağlanmasına, ot örtüyünün ideal səviyyəyə çatdırılmasına qərar verib. Bununla əlaqədar klubumuz tərəfindən Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlanıb. Yenilənmə prosesinin Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ”la keçirəcəyimiz ev oyununa kimi tamamlanması nəzərdə tutulub.
Bu səbəbdən tərəflərin razılığına əsasən, “Neftçi” PFK-nın ölkə çempionatının 3-cü turunda, avqustun 18-də “Sabah”la keçirəcəyi ev oyunu “Liv Bona Dea Arena”da təşkil olunacaq. Digər razılaşmaya görə, Peşəkar Futbol Liqasının təsdiqi əsasında “Şamaxı” ilə ev oyunlarımızın yeri dəyişdirilib. 5-ci turda keçirilməsi nəzərdə turulan “Neftçi” – “Şamaxı” görüşü Bakıda yox, Şamaxıda oynanılacaq. İkinci dövrənin “Şamaxı” – “Neftçi” matçı isə “Neftçi Arena”da baş tutacaq.
“Neftçi” PFK mövcud vəziyyətlə bağlı təəssüfünü dilə gətirir və azarkeşlərimizi tezliklə yenidən doğma tribunalarımızda görməyi arzulayır".
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər