Portuqaliya millisinin üzvü "Çelsi"də

Portuqaliya millisinin üzvü "Çelsi"də
DÜNYA FUTBOLU 11 Avqust 2024 / 22:40 2862
-  A +

"Çelsi” heyətini yeni hücumçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, “zədəganlar” “Vulverhempton”dan Pedru Netonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliya millisinin üzvü ilə 7 illik müqavilə imzalanıb. Bu transfer üçün "Çelsi" qarşı tərəfə 63 milyon avro ödəyəcək.

Qeyd edək ki, Netu ötən mövsüm Premyer Liqada 20 oyunda 11 qol vurub. 


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner