Bu gün Paris-2024-də iştirak edən Azərbaycanın cüdo millisinin sonuncu - doqquzuncu üzvü Uşanqi Kokauri (öz çəkisində dünya reytinqi 17) yarışda mübarizəyə başlayıb.
QOL.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə çıxış edən milliləşdirilmiş gürcüstanlı idmançının ilk rəqibi 1/16 finalda Rafael Silva (Braziliya, dünya reytinqi 14) olub.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib. O, növbəti raundda Martti Puumalainen (Finlandiya, dünya reytinqi 10) ilə qarşılaşıb. İdmançımız bu dəfə də ipponla qalib gəlib və 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Kokauri Koreya cüdoçusu Kim Minyonqla (dünya reytinqi 1) görüşüb. Minyonq mayda keçirilən dünya çempionatının qalibi adını qazanıb.
Kokauri vaza-ari xalı ilə uduzub.
Bununla belə, o, bürünc medal şansını saxlayıb. Cüdoçu 3-cü yer uğrunda təsəlliverici görüşdə Kuba təmsilçisi, 2022-ci ildə dünya çempionu olan Endi Qranda (dünya reytinqi 5) ilə qarşılaşıb. Bu görüşdə qalib gələn bürünc medal uğrunda həlledici yarışa çıxacaqdı. Lakin Azərbaycan təmsilçisi uduzaraq medalsız qalıb.
Bununla da cüdo millimiz Paris-2024-də çıxışını başa vurub.
Bu idman növündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olublar, digər 7 cüdoçumuz isə medala sahib ola bilməyib.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu