"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın "DAK 1904" ilə ilk oyun öncəsi mətbuat konfransı keçirib. QOL.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Sabah növbəti oyunumuza çıxacağıq. Bu dəfə gücümüzü Konfrans Liqasında sınayacağıq. Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Fərqli sistemi, fərqli oyun üslubu olan rəqibdi. Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Biz də var gücümüzlə hazırlaşmışıq. Çalışacağıq ki, ilk oyunda sərfəli nəticə qazanaq və səfər matçında bir az üstünlüyümüz olsun. Cütün taleyi ikinci matçda həll olunacaq. Bu, rəqib üçün əlavə üstünlükdür. Amma öncə sabahkı matçı düşünürük. Allah qoysa, sabah düşündüyümüz oyun planı işləyər.
- Slovakiya komandaları ilə az qarşılaşmışıq. Hazırkı rəqibiniz hansı fikirdəsiniz?
- İspan mütəxəssis baş məşqçidir. 5-3-2 sistemi ilə oynayırlar. Fərqli sistemdir. Rəqibin oyunu haqda çox danışmaq istəmirəm. Amma onlar çox pressinq edən, rəqibi təzyiq altında saxlayan komandadır. Yaxşı futbolçuları var. Ən əsası da komanda şəklində oynayırlar. Bizim kimi heyəti qoruyub-saxlayıblar. Çox da detallı şəkildə danışmaq istəmirəm. Hazırda məni daha çox öz komandam düşündürür. Rəqibin gücünü də nəzərə almalıyıq. Vaxtımız az olub hazırlaşmağa. "Şerif"lə matçda daha çox idi. Amma düşünürəm ki, oyunçularım hazırdır.
- Salifu Summanın addımı onun "Zirə"dəki taleyinə kölgə saldı?
- "Zirə"dəki yox, öz karyerasına kölgə saldı. Yaxşı başlamışdı. Mərhələni keçsəydik, Summaya da təkliflər ola bilərdi. Belə məqamlarda az reaksiya verən futbolçu həmin an sərt reaksiya verdi. Hansı futbolçular provakasiyaya gedirsə, onlarla danışırıq. Halbuki Summa kimi ən fağır, sakit oyunçunun belə etməsi adamı daha çox məyus edir. "Zirə"dəki karyerasına zərər olmayacaq. Amma öz karyerasına zərbə vurdu. Növbəti oyunlar üçün böyük dərs oldu. Bu tip oyunlarda qırmızı almağın acı fəsadlarını gördü.
- Ona cəza verildi?
- Çox cəza verməyin tərəfdarı deyiləm. Ən az cəza verən məşqçiyəm. Bu hadisə baş veribsə, cəza çox şeyi dəyişməyəcək. Hörmətsizliyi özünə və bizə qarşı etdi. Təbii ki, cərimə olacaq. Qırmızı kartlarla bağlı cərimə prinsiplərim... UEFA-dan gələcək cəza futbolçuya kifayət qədər zərər vuracaqsa, bəsdi. Amma az olarsa, əlavələrimiz olacaq. Bundan sonra 200 min də cərimə olsa, qırmızı vərəqəyə görə böyük uğuru əldən verdik. Əsas səbəb onu götürürəm. Özü və bizim üçün böyük cərimə, cəza idi. Uğuru əldən verdik.
- Rəqibi yaxşı təhlil edə bildiniz?
- Tanımadığın rəqiblə oynamayana qədər nə qədər analiz edirsən-et, tam yaxşı tanımırsan. Biz də analiz etməyə çalışırıq. Ən gözəl analiz meydanda olacaq. İlk dəqiqələrdən sonra futbolçuların özü rəqibi hiss edəcək. Yaxşı istirahət etmişik. Çünki oyunçular 120 dəqiqə azlıqda oynadılar. Taktiki, texniki, fiziki cəhətdən hazırlaşmışıq. Əsas odur ki, planımız işləsin. Rəqibi "Şerif"lə müqayisə etsəm, daha təşkilatlanmış komandadır. "Şerif" daha çox fərdi ustalığa fikir verən komanda idi. Slovaklarda isə oyunçular bir-birini tamamlayır. Möhkəm kollektivdi. Çalışacağıq ki, sabah qələbə qazanaq, üstünlük əldə edək. Sabah oyun hər şeyi göstərəcək.
- Rəqib beşli müdafiə ilə oynayırsa, siz də fərqli sistemdə oynayacaqsınız? Start heyətində dəyişiklik olacaq?
- Bunlar haqda danışsam, qarşı tərəfə məlumat vermiş olacam. Çalışacağıq ki, sabah ən ideal heyət olsun. Sonradan meydana daxil olanlara da önəm verirəm. Hansısa dəyişikliyə gedə də bilərik, getməyə də bilərik.
- "Şerif"lə matçda qazaxıstanlı baş hakimi gördükdən sonra "bizim hakimlər şükürlü imiş" deyə, düşündünüz?
- Həmişə hakimliyimizin səviyyəsindən razılıq etmişəm. Həmişə demişəm ki, hakimlərimiz yüksək səviyyəli oyunları idarə etməyə hazırdılar, bacarıqlıdılar. Bəzi hakimlərlə bağlı narazılığımız olub. Çünki səhvləri təkrarlayıblar. Elə səhvlər təkrarlanıb ki....Epizoda baxırsan, görürsən, amma fərqli qərar verirsən. Qazaxıstanla öz hakimlərimizi müzakirə, müqayisə etmərəm. Bu oyun olmasa belə. Çünki bizim hakimlər səviyyə olaraq daha üstündü. "Şerif"lə oyunda uduzmuşuq, danışmaq çətindi. Danışacağın halda, bəhanə kimi görünəcək. Amma hakimin xeyli səhvi var idi. Bu tip, bərabərsəviyyəli oyunda, özü də azlıqda qalan rəqib üçün hakim səhvləri böyük rol oynayır. Oyunun təkrarına baxdıqda, bunlar daha qabarıq görünür. Amma məğlub olmağımızın əsas səbəbi o deyil, azlıqda qalmağımızdı. Komandamız hesabı qorumağı bacardı. Təhlükəli epizodlarımız daha çox idi, rəqibdə elə deyildi. "Şerif" 2 zərbə vurdu, 2-si də qol oldu. Başqa təhlükəli qol epizodları yox idi. Həmin gün rəqibin günü idi. Hər şey onların xeyrinə oldu. Ona görə mərhələni onlar keçdi. (presssport.az)
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu