UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə İspaniya və İtaliyada iki görüş baş tutub.
İspaniyada keçirilmiş matçda bütün diqqətlər "İnter"lə ÇL-in son qalibi Joze Mourinyonun hazırki komandası "Real"a yönəlib.
"Real" 1/8 finalda "Milan"ı mübarizədən kənarlaşdırmış "Tottenhem"ə əsl futbol dərsi keçib. Matçın əvvəlində Emmanuel Adebayorun hesabı açmasından az sonra "kral klubu" say üstünlüyü də əldə edib. Piter Krauç meydançadan qovulub. Fasilədən sonra madridlilər daha 3 qol vurublar. Bununla da "Real" "Tottenhem"ə 4 cavabsız qolla qalib gələrək, yarımfinala vəsiqəni böyük ölçüdə təmin edib.
"Şalke 04"ün də mərhələ adlayacağı artıq heç kimdə şübhə doğurmur. Baxmayaraq ki, "İnter"lə səfər matçı öncəsi bunu heç kim ağlına gətirməzdi. 1/8 final mərhələsində "Bavariya"nı mübarizədən kənarlaşdırmış Çempionlar Liqasının son qalibi "Şalke 04"lə matça da fəal başlayıb. Hələ 1-ci dəqiqədə hesabı açan milanlılar ilk yarıdan heç-heçə ilə ayrılıblar - 2:2. Lakin fasilədən sonra "Şalke 04" 3 qol vurub. Bununla da qonaqlar 5:2 hesablı darmadağınla mərhələ şanslarını xeyli yüksəldiblər.
Sabah isə bu mərhələnin mərkəzi görüşü keçiriləcək. İngiltərə derbisi ilə yadda qalacaq ÇL-in 1/4 finalında “Çelsi” və “Mançester Yunayted” klubları üz-üzə gələcək. Premyer Liqada da əzəli rəqib olan bu 2 komandanın sabahkı dueli böyük maraq doğurur. "Çelsi" bu dəfə "Mançester Yunayted"dən qisas almağa çalışacaq.
İspaniyanın digər nəhəngi "Barselona" Ukrayna "Şaxtyor"unu sınağa çəkəcək. Həmişə olduğu kimi "Barselona" bu görüşün də favoriti sayılır. "Barselona" elə ilk qarşılaşmada "Şaxtyor"la oyunun taleyini həll etməyə çalışacaq. Lakin "Şaxtyor"un da "Barselona"ya layiqli müqavimət göstərəcəyini indidən söyləmək olar.
1/4 final (ilk oyunlar)
5 aprel
23:45. "İnter" (İtaliya) – "Şalke 04" (Almaniya) - 2:5
Qollar: Deyan Stankoviç, 1 (1:0). Joel Matip, 17 (1:1). Qabriel Milito, 34 (2:1). Edu, 40 (2:2). Raul, 53 (2:3). Andrea Ranokkiya, 57-avt. (2:4). Edu, 75 (2:5)
Qırmızı vərəqə: Kristian Kivu, 62 ("İnter")
"İnter": 1. Julio Sezar, 4. Xavyer Zanetti, 5. Deyan Stankoviç, 8. Tyaqo Motta, 9. Samüel Eto O, 10. Uesli Sneyder, 13. Maykon, 15. Andrea Ranokkiya, 19. Esteban Kambyasso, 22. Dieqo Milito, 26. Kristian Kivu
"Şalke 04": 1. Manuel Noyer, 2. Hans Sarpey, 4. Benedikt Hevedes, 7. Raul Qonsales, 9. Edu, 11. Aleksandr Baumyohann, 14. Kiriakos Papadopulos, 17. Cefferson Farfan, 18. Xose Manuel Xurado, 22. Atsuto Utida, 32. Joel Matip.
23:45. "Real" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 4:0
Qollar: Emmanuel Adebayor, 4 (1:0). Emmanuel Adebayor, 57 (2:0). Anxel Di Mariya, 72 (3:0). Kriştianu Ronaldu, 87 (4:0)
Qırmızı vərəqə: Piter Krauç, 15 ("Tottenhem")
"Real": 1. İker Kasilyas, 2. Rikardu Karvalyu, 3. Pepe, 4. Serxio Ramos, 7. Kriştianu Ronaldu, 12. Marselo, 14. Xabi Alonso, 22. Anxel Di Mariya, 23. Məsut Özil, 24. Sami Xedira, 28. Emmanuel Adebayor
"Tottenhem": 1. Eurelio Qomes, 3. Qaret Beyl, 7. Aron Lennon, 11. Rafael van der Vart, 13. Uilyam Qallas, 14. Luka Modriç, 15. Piter Krauç, 20. Maykl Douson, 22. Vedran Çorluka, 30. Sandro, 32. Benua Assu-Ekotto.
6 aprel
23:45."Barselona" (İspaniya) - "Şaxtyor" (Ukrayna)
23:45."Çelsi" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu
"Sabah" - "Çelye" oyununa nə qədər bilet satılıb?
“İmişli”də yeni qapıçı
Teo Ernandesin transferi tamamlanmaq üzrədir
"Real" oyunun təxirə salınmasını istəyir
Azərbaycan Premyer Liqasında 12 klubdan 5-nin baş məşqçisi əcnəbidir - Bəs, İliç kimdir?
"Sumqayıt" yeni baş məşqçisini açıqladı
"Şamaxı"dan ayrılan futbolçu bu kluba keçdi
"Əl-Əhli"nin hədəfi Messidir
"Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Jezniçak
QOL.az-dan yeni imkanlar...
Mbappe "Real"da heç kimin bacarmadığını etdi
Millimiz Avropa çempionatında ikinci yeri tutdu
"Turan Tovuz" Türkiyəyə getdi
Kuboku yenə Meksika qazandı
Gürcüstan millisinin üzvü “Sportinq”də
Donnarumma ağır zədəyə səbəb olduqdan sonra şoka düşüb
Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
Millimizin qapıçısı sabiq klubuna qayıtdı
"Zirə"nin Boluda ilk məşqi - Şəkillər
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi