Argentina millisinin kapitanı Lionel Messi Amerika Kubokunun Kolumbiya ilə final matçı zamanı zədələnib.
QOL.az xəbər verir ki, o, hesab 0:0 olarkən - görüşün 66-cı dəqiqəsində sıradan çıxıb. 37 yaşlı hücumçu Nikolas Qonzaleslə əvəzlənib. Messi meydanı tərk etdikdən sonra ehtiyat oyunçular skamyasında əyləşib və ağlayıb.
Qeyd edək ki, final görüşünün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb. 112-ci dəqiqədə Argentina millisinin üzvü Lautaro Martinez hesabı açmağı bacarıb. Bununla da Argentina 1:0 hesablı qələbə ilə Amerika Kubokunun qalibi olub. Argentina millisi tarixində 16-cı, Messi isə 2-ci dəfə dəfə bu titulu qazanıb. Daha əvvəl Messi 2024-cü il Amerika Kubokunun onun üçün sonuncu olduğunu açıqlamışdı.
"Oyunçularımla fəxr edirəm" - Valdas Dambrauskas
Azərbaycandan UEFA-nın avrokuboklarına kimlər gedəcək?
“Sabah”dan “qızıl dubl”
Avrokuboklardan kənarda qala bilərlər
DÇ-2026 finalında fasilə daha uzun olacaq
41 yaşlı Silva dünya çempionatına yollanır
Mbappe, Rafinya, Kurtua...
Arbeloa Madrid klubunda qalacaq?
Konate klubunu dəyişə bilər
FİFA prezidenti narazılıqlara aydınlıq gətirdi
"Sabah" - "Zirə" : Heyətlər