Amerika kuboku: Argentinanın finaldakı rəqibi bilindi

Amerika kuboku: Argentinanın finaldakı rəqibi bilindi
DÜNYA FUTBOLU 11 İyul 2024 / 09:47 3045
-  A +

Amerika kubokunda 2-ci yarımfinal oyunu keçirilib.

QOL.az xəbər verir ki, Kolumbiya və Uruqvay milliləri üz-üzə gəlib. 1:0 hesabı ilə qalib gələn Kolumbiya finala yüksəlib.

Uruqvay - Kolumbiya - 0:1
Qol:
Lerma, 39
Qırmızı vərəqə: Munoz, 45+1 (Kolumbiya)

Beləliklə, Kolumbiya finalda Argentina ilə qarşılaşacaq. Həlledici görüş iyulun 15-i keçiriləcək.


Son xəbərlər