Fransa millisinin hücumçusu Kilian Mbappe Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Polşa ilə oyunda iştirak edə biləcək.
QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mbappenin Polşa ilə oyunda iştirakı üçün Fransa bayrağının rənglərində xüsusi qoruyucu maska hazırlanıb. Lakin UEFA qaydalarına əsasən, futbolçular yalnız bir rəngli maskadan istifadə edə bilərlər. Bu səbəbdən 25 yaşlı hücumçu meydana adi qara maska ilə çıxa biləcək.
Xatırladaq ki, Mbappenin burnu Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun Avstriya ilə görüşündə sınıb. Bundan sonra hücumçu üçün xüsusi qoruyucu maska hazırlanıb. Lakin Niderland ilə görüşdə Mbappe ehtiyat oyunçular skamyasında qalıb.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı