Gürcüstan millisi Almaniyadadır.
QOL.az xəbər verir ki, tarixində ilk dəfə futbol üzrə Avropa çempionatının final mərhələsində çıxış edəcək qonşu ölkənin komandası bu səfərdən öncə Podqoritsada Çernoqoriya yığması ilə yoxlama görüşü keçirib və 3:1 hesablı qələbə qazanıb.
Həmin matçdan sonra Gürcüstan millisi Avro-2024-ün keçiriləcəyi Almaniyaya yola düşüb. Komandanın 26 nəfərlik futbolçu heyəti arasında Azərbaycan çempionu "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili də var. Komanda Düsselforf aeroportuna enib, oradan isə qalacağı Felbert şəhərinə yollanıb. İlk məşq bugünə nəzərdə tutulub.
Xatırladaq ki, Avro-2024-nin qrup mərhələsində Gürcüstan millisi Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) qarşılaşacaq.
"Oyunçularımla fəxr edirəm" - Valdas Dambrauskas
Azərbaycandan UEFA-nın avrokuboklarına kimlər gedəcək?
“Sabah”dan “qızıl dubl”
Avrokuboklardan kənarda qala bilərlər
DÇ-2026 finalında fasilə daha uzun olacaq
41 yaşlı Silva dünya çempionatına yollanır
Mbappe, Rafinya, Kurtua...
Arbeloa Madrid klubunda qalacaq?