Azərbaycan güləşçisi reytinq turnirinin qalibi oldu

Azərbaycan güləşçisi reytinq turnirinin qalibi oldu
GÜLƏŞ 8 İyun 2024 / 23:00 2410
-  A +

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.

QOL.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə millinin 2 üzvü mübarizəyə qoşulub.

Murad Məmmədov (63 kq) 1/4 finalda macarıstanlı Levente Tota (11:0), yarımfinalda isə iranlı Meysam Dalxaniyə (10:1) tam üstünlüklə qalib gəlib. Həmyerlimiz finalda moldovalı dünya və Avropa çempionu Viktor Çobanunu (10:0) elə ilk hissədə aldığı xallarla vaxtından əvvəl məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beka Kandelaki (130 kq) təsnifat mərhələsində Türkiyənin məşhur güləşçisi Rza Kayaalpa 0:3 hesabıyla uduzub.

Əlavə edək ki, sabah Eldəniz Əzizli (55 kq), Ülvü Qənizadə, Həsrət Cəfərov (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) güləşəcək.   

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner