Bu gün 9 güləşçimiz Avropa çempionatında mübarizə aparacaq

Bu gün 9 güləşçimiz Avropa çempionatında mübarizə aparacaq
GÜLƏŞ 21 May 2024 / 11:45 889
-  A +

Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin ikinci günündə Azərbaycanın 9 yunan-Roma güləşçisi mübarizə aparacaq.

Nihad Quluzadə (60 kq), Fərahim Mustafayev (67 kq), Murad Əhmədiyev (97 kq) təsnifat, Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) 1/8 final görüşünə çıxacaq.

Laçın Vəliyev (87 kq) təsəlliverici, Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaq.

Qeyd edək ki, təsəlliverici, təsnifat və 1/8 görüşləri 10:30-da, bürünc medal uğrunda qarşılaşmalar və final yarışları isə 18:00-da başlayacaq. 

Daha çox


Son xəbərlər
26.07.24  15:09

"Napoli"dən "Everton"a