Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə daha bir namizəd - Danışıqlar gedir

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə daha bir namizəd - Danışıqlar gedir
ÖLKƏ FUTBOLU 7 May 2024 / 11:00 5764
-  A +

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə daha bir namizədin adı məlum olub.

QOL.az "Sky Sports"a (Almaniya) istinadən xəbər verir ki, AFFA Türkiyə millisinin sabiq çalışdırıcısı Ştefan Kuntsla danışıq aparır.

Almaniyalı mütəxəssis Kanada yığmasını da çalışdıra bilər. 62 yaşlı məşqçiyə hər iki ölkədən konkret təklif gəldiyi bildirilir. Onun xidmətində "Bavariya" da maraqlıdır.

Qeyd edək ki, ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilən Kunts Almaniyanın U-21 və Olimpiya yığmalarını da çalışdırıb. O, 2017-ci ildə Almaniya U-21 millisinə Avropa çempionu adını qazandırıb.

Daha çox


Son xəbərlər