"Azarkeşlər üçün maraqlı oyun oldu. Mübarizə və qollar gördük. Bu da inkişaf üçün yaxşıdır. Gənc uşaqlar bu səviyyədə sona qədər mübarizə apardılar. Futbolçularımı təbrik edirəm. İki debütantımız da var idi".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.
Mütəxəssis qarşıdakı oyunlarda da komandasının özünü yaxşı tərəfdən göstərəcəyinə inandığını deyib: Sevinmək üçün xüsusi bir şey yoxdur. Biz sonuncu pillədəyik. Cavanlara görə sevinirəm ki, onlar özlərini meydanda hiss etdilər. Qələbəni də həmçinin. Ümidvaram ki, bu cür davam edəcəklər və qalan görüşlərdə özümüzü yaxşı tərəfdən göstərəcəyik. Onlar yaxşı məşq edirlər, hətta daha yaxşı oynaya bilərlər".
K.Sxadadze əvvəlki oyunlarda bugünkü kimi çıxış etməməklərinin səbəblərini də açıqlayıb: "Öncəki oyunlarda biz daha çox epizod yaradırdıq, nəinki bu gün. Epizodlarda soyuqqanlılıq, keyfiyyət özünü göstərməlidir. "Neftçi" qapıya bir zərbə vurdu, uddular. Biz isə 5 qol epizodunu boşa verdik. Ustalıq tək texnika deyil, psixologiya da var. Komanda çox uduzurdu deyə, inanmsızlıq yaranırdı. Komanda sonuncu pillədədir. Mental hazırlıq çatışmırdı".
Mütəxəssis Azərbaycan çempionatının səviyyəsindən və oyunlardakı hakim qərarlarından danışıb: "Hakimlik haqda şərh verməyəcəm. Onlara hörmətlə yanaşıram. Birinci hissədə əsəbi idim, amma üzrxahlıq etdim. Suallar hər zaman olur. Amma artıq bağlandı. "Qarabağ" tamam başqa səviyyədədir. Digərləri isə hamısı eyni gücdədir. Hamı bir-birini məğlub edə bilər. Bu da maraqlıdır. Azərbaycan çempionatında azarkeş çatışmır. Bu çempionat daha çox azarkeşə layiqdir. Azarkeşlər çempionatı dəstəkləməlidir. Çox istəyərdim ki, onlar çox gəlsin. Çempionat azarkeşsiz maraqsızdır. Daha çox gələcəklər, Premyer Liqanın səviyyəsi də artacaq. Bölgələrdə azarkeş problemi yoxdur, Bakıda isə var. Azarkeşlərə hörmətlə yanaşıram. Görün nə qədər komanda avrokuboklar uğrunda mübarizə aparır. "Xəzər Lənkəran", "Qəbələ", "Bakı", "İnter" kimi çox yaxşı komandalar var idi. "Neftçi" də həmişə "Neftçi"dir. Hər zaman burada liqa çətin idi, indi də. Futbolçuların adlarına görə başqa səviyyədə idi. Çünki maliyyə məsələsi də var. Məncə, bu da qayıdacaq. Çünki çempionat inkişaf edir, bura maraq da çox olacaq. Azərbaycan gözəl ölkədir, stadionlar da gözəldir. "ASCO Arena"nın süni örtüklü meydançası da əla idi. Daha da inkişaf etmək üçün hər cür imkan var".
O, "Premyer Liqadan düşməyiniz reallaşıb deyə, futbolçular daha rahat oynayırlar" sualını cavablandırıb: "Nəsə demək çətindir. Bir çox detallar bir-birinə bağlıdır. Əvvəl olmayan şeylər bu gün oldu. Əvvəlki matçlarda çox epizod yaradırdıq, vura bilmirdik. Gənc futbolçular üçün Premyer Liqada oynamaq xoşdur. Futbolçu birinci dəfə oyuna çıxırsa, onun üçün komandanın liqadan düşüb-düşməməsi önəmli deyil".
Çexiyada çempion bilindi
"Hər şey öz əlimizdədir” - "Neftçi"nin futbolçusu
Renat oynadı, komandası "Beşiktaş"dan xal aldı
"Sabah"ın "Sumqayıt" üzərində qələbəsi - Video
"Bizi uşaq yerinə qoymayın" - Samir Abasov
“Neftçi”nin qələbəsinə kölgə salmaq istəmirəm, amma…”
"Zirə" Tovuzda belə qələbə qazandı - Video
"Neftçi" 3 xalı bu 3 qolla qazandı - Video
Adil Şükürov: "Kişi kimi əllərini sıxıb təbrik etdim"
"Bayer" Bundesliqanı qalibiyyətlə başa vurdu
“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə
AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - Şəkillər
Aleks de Souza yenidən Türkiyə Superliqasında
Enrike: "Fransa seriallarına heyranam"
Avro-2024 üçün heyəti açıqladılar
"Səbail" - "Neftçi" oyunu üçün heyətlər
Tovuzda heyətlər açıqlandı
"Sabah" - "Sumqayıt" : Heyətlər
Lamiyə Vəliyeva dünya çempionu oldu
"Real" Kroosla müqaviləni uzatdı
Bu mövsümün sonunda "Arsenal"dan ayrılacaq
Şahruddinin komandasının oyunundan - Video
Fransa Liqa 1-ə yüksələn 2-ci komanda da bilindi
Messinin "İnter Mayami"dəki maaşı açıqlandı
Ernesto Valverde ilə yeni müqavilə imzalandı
Şahruddin 90+2-ci dəqiqədə əvəzləndi
"Neftçi"nin 4 futbolçusu "Səbail"ə qarşı oynamayacaq