Dursun Özbek yenidən "Qalatasaray" prezidentliyinə namizəd oldu

Dursun Özbek yenidən "Qalatasaray" prezidentliyinə namizəd oldu
XƏBƏR 27 Aprel 2024 / 14:56 1403
-  A +

"Qalatasaray"ın rəhbəri Dursun Özbek klubun prezident seçkilərinə namizədliyini açıqlayıb.

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti vəzifəsinə seçki mayın 25-də keçiriləcək. D.Özbek isə sözügedən seçkiyə namizəd olduğunu söyləyib: 

"Sizin qarşınızda bu şərəfi vəzifəyə yenidən namizəd olduğumu açıqlayıram. Yenə prezident seçilsəm, bacardıqlarımızın daha çoxunu əldə etmək üçün dayanmadan çalışacağam".

Qeyd edək ki, D.Özbek 2022-ci ilin yayından "Qalatasaray"ın prezidentidir. O, 2015-2018-ci illərdə də bu vəzifəni icra edib.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə