Misli Premyer Liqasında hazırda 6 komanda ikincilik uğrunda mübarizə aparır. Turnir cədvəlində çoxdandır görmədiyimiz bir mənzərə yaranıb. “Qarabağ” mövsümün sonuna 8 tur qalmış çempionluğunu rəsmiləşdirsə də, “Zirə”, “Sumqayıt”, “Neftçi”, “Sabah”, “Səbail” və “Turan Tovuz”un ikinci olmaq şansı bir-birinə yaxındır. Çünki sona 5 tur qalmış 2-ci pillədə qərarlaşan “Zirə”nin 49, 7-ci yerdə olan “Turan Tovuz”un isə 42 xalı var.
Bəs, çempionatdakı bu mənzərə yarışdakı rəqabətdən xəbər verirmi?
QOL.az saytı bu mövzü ilə bağlı futbol mütəxəssisi Yunis Hüseynovun fikirlərini öyrənib.
O qeyd edib ki, hazırkı durum çempionatda güclü rəqabətin olması demək deyil: “Bu, heç nədən xəbər vermir. Çox adam deyir ki, çempionatda rəqabət var, əladır, amma mən düşünürəm ki, bu, yaxşı hal deyil. Onda yaxşı olardı ki, 4-5 komanda çempionluq uğrunda mübarizə aparardı. Bu halda çempionatın marağı olardı. “Qarabağ” rəqiblərindən 25-30 xal qabaqdadır. Bu o deməkdir ki, sadəcə “Qarabağ”la ayaqlaşan komandamız yoxdur. Digər komandaların isə gücü bir-birinə yaxındır.
Ona görə onların aralarındakı xal fərqi azdır. Bu, çempionatımızın səviyyəsinin qalxmağını göstərmir. Əslində bu, 9 komandanın çempionluq uğrunda mübarizə aparmamağının göstəricisidir. Bizim büdcəsi yaxşı olan komandalarımız da var. Hansı ki, səviyyəli komanda yarada bilərlər. Bunu “Neftçi”, “Sabah” və “Zirə” edə bilər. Amma təəssüf ki, “Qarabağ” mövsümün sonuna 8 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Əvvəllər bunu sona 3-4 tur qalmış edirdilər. “Qarabağ” niyə özünü ən yaxşı tərəfdən avrokubok oyunlarında gösərir? Çünki orada qarşısındakı komandalarla rəqabət aparır. Çempionatda rəqbət olmayanda “Qarabağ”ın futbolçularında da geriləmə olur”.
Y.Hüseynov bildirib ki, “Qarabağ” olmasaydı və qalan komandalar bu cür çempionluq yarışı aparsaydı belə, onların gücünü avrokuboklarda görərdik: “Hamısı mübarizəni dayandırıb geri qayıdanda bilərdik ki, çempionatımız zəifdir. Ola bilər ki, “Qarabağ” həddindən artıq yaxşı komandadır və buna görə rəqiblərindən çox fərqlənir, amma yenə də digər komandalar da çempionluğa oynamalıdır. Maraq onda olar ki, komandalarımız 2-cilik yox, çempionluq uğrunda bu cür yarışsınlar”.
Ramiq Ağaməmmədov
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər