“Üzücü məğlubiyyət oldu. Evdə, öz azarkeşlərimiz qarşısında oynayırdıq. Buna görə də qalib gəlmək istəyirdik”.
QOL.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 31-ci turunda “Sumqayıt”a qarşı keçirilən oyundan sonra deyib.
O, komandasının 1:4 hesablı məğlubiyyətini belə şərh edib: “Oyuna yaxşı başladıq. İlk 10 dəqiqə üstünlüyümüzlə keçdi. Sonradan çox təəssüf ki, iki ardıcıl qol buraxdıq. Bəzi çatışmazlıqlarımız, mövqe problemlərimiz var idi. Bəzi oyunçuların cəzalı, yaxud zədəli olması səbəbindən dəyişiklik etməyə məcbur olmuşduq. Gözləyirdik ki, hardasa çətinliklə üzləşəcəyik. Bu da “Sumqayıt”la oyuna təsadüf etdi”.
Mütəxəssis fasilədən sonra oyunda dəyişə bildiklərini söyləyib: “Bizdən fərqli olaraq rəqibdə ilk hissədə hər şey alınırdı. Fasilədən sonra oyunu çevirə bilərdik. Erkən qol vurduq. Ardınca Otto Con 2 dəfə təkbətəkdən yararlana bilmədi. Halbuki o, şanslarını dəyərləndirsəydi, hər şey başqa cür ola bilərdi. İkinci hissədə mübarizə apardıq. Hətta məcburiyyətdən zədəli futbolçuları da meydana buraxdıq. Təəssüf ki, bütün bunlar istəyimizə çatmağa kifayət etmədi”.
A.Abbasov mübarizənin davam etdiyini bildirib: “Mövsüm uzundur. Həm psixoloji, həm də fiziki cəhətdən hazır olmaq lazımdır. Bu gün göründü ki, futbolçular basqı altına düşəndə çətinlik çəkirlər. Böyümək üçün bu anları yaşamalıyıq. Son günlər hər kəs avrokuboklar haqda düşündü. Futbolçular uduzmaqdan qorxurdular. Hiss elədim bunu. Bu məğlubiyyətlər olmasa və bundan dərs çıxarmasaq, böyüməyəcəyik. Bunu hər kəs qəbul etməlidir. Biz bu komandanı yığanda da demişik ki, sona qədər mübarizə aparacağıq. İnanıram ki, düz yoldayıq”.
O, məğlubiyyətə görə günahkar axtarmadığını vurğulayıb: “Hər bir komanda uduza bilər. Bu gün günahkar axtarmıram. Qışdan sonra bu, üçüncü məğlubiyyətimizdir. Bu seriyanı yaxalamaq da çətin idi. İrəli baxmalıyıq. Bu gün ruhdan düşmək gələcəyimizə çətinlik yarada bilər. Futbolçular əllərindən gələni etdilər. Səhvlər var, gələn oyunlarda onları təkrarlamamağa çalışacağıq”.
A.Abbasov səhvlərin konkret nədən ibarət olduğunu belə izah edib : “Bu gün dayaq yarımmüdafiəçimiz yoxdur. Mövsümün əvvəlində Piruzi zədələndi, Veysəl zədələndi, Xəyal bu gün cəzalı idi. Bir Aleks qalmışdı həmin mövqedə. Ötən matçda orda Ayxanı sınaqdıq. Amma həm tam hazır deyil, həm də onun üçün yad mövqedir. Üstəlik, “Sumqayıt” çempionatda orta xətdə ən aktiv komandadır. Çox hərəkətlidirlər, top saxlayırlar. Bu gün Hakmanı məcburiyyətdən ortaya çəkmişdik. Miller zədəli olduğu üçün müdafiədə dəyişiklik etməli olduq. Eləcə də hücumda Paçu və Souzanın oyunu alınmadı. Əvəzetmələrlə vəziyyəti dəyişməyə çalışdıq. İkinci hissədə oyunumuz yaxşı alındı. Son 10 dəqiqəni çıxsaq, ikinci hissə üstünlüyümüzlə keçdi. Rəqib də yaxşı oynadı. Bunu qeyd etmək lazımdır”.
O, matçdan öncə yaradılan ajiotaj barədə də söz açıb: “Ajiotaj olacaq, çempionatın sonudur. Buna psixoloji hazır olmaq lazımdır. Mövsümün sonunda söz-söhbətlərin, gərginliyin olması normaldır. Komanda kimi buna hazır olmalıyıq. Bu söz-söhbətlərin bizə pis təsir etməsi gələcəyimiz üçün mənfi haldır. Bu yükün altına girmək lazımdır”.
“Turan Tovuz”un baş məşqçisi söz-söhbətlərin nədən qaynaqlanması barədə sualı belə cavablandırıb: “İlk iki dövrədə bizə qarşı çox hakim səhvləri oldu. Burada hansısa komandanın adını çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq. Bəzi oyunlar var ki, bizə qarşı 100 faiz səhvlər olub. Bu söhbətlər də məhz ondan irəli gəlir”.
O, növbəti matça komandanı psixoloji cəhətdən hazırlayacaqlarını qeyd edib: “Belə halla ilk dəfə deyil üzləşirik. Qalib gələndə də, uduzanda da futbolçuları növbəti matça hazır etməliyik. Son matçlar bizim üçün çox önəmlidir. Futbolçular mövsümün sonunu çatdırmalıdırlar. Gələcək mövsüm üçün siqnal verməlidirlər. Təkcə turnir cədvəlini düşünmürük”.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu