Rusiya mətbuatında “Krasnodar”ın futbolçusu Kadi Borgesin “Qarabağ”a qayıtmaq istədiyinə dair yeni xəbərlər yayılıb.
QOL.az xəbər verir ki, “RB Sport” saytı Ağdam klubunun braziliyalı futbolçuya illik 1,2 milyon avro maaş ödəməyə hazır olduğunu iddia edib. Məlumata görə, Kadi avrokuboklarda oynamaq üçün “Krasnodar”dan getməyə hazırdır. Onun yeni mövsümdə sabiq komandası “Qarabağ”la Çempionlar Liqasında oynamaq istədiyi də bildirilir.
O da qeyd edilib ki, bu məqsədlə braziliyalı futbolçu “Qarabağ”da “Krasnodar”la müqayisədə daha az pula oynamağa hazırdır. Onun hazırda Rusiyada ilinə 1,7 milyon avro gəlir əldə etdiyi bildirilir. Bununla belə, 1,2 milyon avro mümkün illik maaş isə “Qarabağ”da futbolçular arasında rekord gəlir olacaq.
Kadi Borgesin agenti Helsio Roberto bugünlərdə verdiyi açıqlamada braziliyalı oyunçunun "Qarabağ"a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
O, futbolçunun Rusiya klubundan ayrılmaq fikrində olmadığını deyib: “Bu barədə deyəcək bir sözüm yoxdur. Kadi "Krasnodar"da hər şeydən razıdır”
Hələlik bu xəbərlərə “Qarabağ”dan münasibət bildirilməyib.
Qeyd edək ki, Ukrayna müharibəsi ilə əlaqədar Rusiya klubları 2022-ci ilin fevralından avrokuboklardan uzaqlaşdırılıb və bu qərarın hələ uzun müddət qüvvədə qalacağı gözlənilir.
Kadi Borges 2023-cü ilin yanvarında “Qarabağ”dan ayrılaraq “Krasnodar”a keçib. Onun ruslarla 2026-cı ilin yayına kimi müqaviləsi var.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi