"Allaha çox şükürlər olsun. Bu qədər azarkeşin önündə məni məyus etmədi. Artıq 3-cü dəfədir ki, Olimpiya Oyunlarına vəsiqə qazanıram".
QOL.az xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Bakıda təşkil edilən Olimpiya təsnifat turnirində Paris-2024-ə vəsiqə qazandığı görüşdən sonra deyib..
Üçqat dünya və dördqat Avropa çempionu bu Olimpiadanın onun üçün çox vacib olduğunu bildirib: "Uzun müddət çıxış etməyimə baxmayaraq, bu yarış karyeramda ən vacibi idi. Olimpiadalarda 1 dəfə 3-cü, 1 dəfə də 2-ci olmuşam. İnşallah, Parisdə qızıl medal qazanaram".
Xatırladaq ki, Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında Albaniya təmsilçisi İslam Dudayevə qalib gələrək, üçüncü dəfə olimpiadada iştirak hüququ qazanıb. O, Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medal əldə edib.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı