Bu gün Bakıda güləş üzrə olimpiya lisenziya turnirində qadın güləşçilər mübarizəyə başlayacaqlar.
QOL.az xəbər verir ki, sərbəst güləş üzrə turnirdə Azərbaycanın 5 idmançısı mübarizəyə qoşulacaq. Mariya Stadnik (50 kq) və Jalə Əliyevə (57 kq) startdan azaddırlar və ilk görüşlərini 1/4 finalda keçirəcəklər.
Digər 3 idmançımız - Elnura Məmmədova (53 kq), Birgül Sultanova (62 kq) və Elis Manolova (68 kq) isə yarışa təsnifat mərhələsindən (şərti olaraq 1/8 final) start verəcəklər. E.Məmmədova bu mərhələdə Veronika Ryabovolova (Makedoniya), B.Sulanova Amelin Duarre (Fransa), E.Manolova isə Mimi Xristova (Bolqarıstan) ilə qarşılaşacaq.
Təsnifat mərhələsi saat 10:30-da, yarımfinallar 18:00-da başlanacaq. Qeyd edək ki, yarımfinalın qalibləri 2024-cü ildə Parisdə keçiləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Bakı turnirində final olmayacaq.
Əlavə edək ki, dünən ilk mübarizəyə qoşulan 4 yunan-Roma güləşçimizdən (Beka Kandelaki, Nihat Məmmədli, İslam Abbasov və Murad Əhmədiyev) heç biri lisenziya qazana bilməyib.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi