Sabah Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.
QOL.az Azərbaycan Güləş Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün hər 3 güləş növü üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.
Sabah yunan-Roma güləşi üzrə yarış keçiriləcək. Nihat Məmmədli (60 kq) 1/8 finalda Aleksey Masiklə (Ukrayna) qarşılaşacaq. İslam Abbasov (87 kq) eyni mərhələdə Avropa çempionu və dünya ikincisi Turpal Bisultanovla (Danimarka) mübarizə aparacaq. Murad Əhmədiyev (97 kq) 1/4 final yolunda Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcək. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.
Aprelin 6-da qadın güləşçilər xalçaya çıxacaqlar. Mariya Stadnik (50 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq. Titullu güləşçimiz yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək. Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Ş.Makedoniya) ilə qarşılaşacaq. Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir. Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristovayla üz-üzə gələcək.
Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simyone Piroddu ilə güləşəcək. Hacı Əliyev (65 kq) eyni mərhələdə Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək. Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmanla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq. Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibiylə üz-üzə gələcək.
Xatırladaq ki, hər çəkidə 2 güləşçi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi