"Qarabağ"ı Avropa Liqasında göstəridiyi nəticəyə görə təbrik edirəm. 10 nəfərlə "Braqa"ya qarşı yaxşı mübarizə apardılar. Futbol 90 dəqiqə oynanılır. İlk 45 dəqiqədə yaxşı çıxış etdik. Daha sonra azlıqda qaldıq. İki gündür gəlmişik. Çalışdıq ki, bütün oyunçulara şans verək. Bu gün ilk hissədə göstərdiyimiz oyunu digər matçlarda 90 dəqiqə göstərsək, yaxşı nəticələr olacaq. Bəzi qol imkanlarımız var idi. Rəqibin vurduğu üç qolu hədiyyə etdik. "Qarabağ" səhvləri bağışlamır".
Bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadaze Premyer Liqanın 23-cü turundan təxirə salınmış "Qarabağ"la oyunundan (0:4) sonra deyib. Gürcüstanlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- İlk matçın "Qarabağ"a qarşı keçirilməsi planlarınıza nə dərəcədə mane oldu?
- Gec-tez onlarla oynayacaqdıq. Düşünürəm ki, komanda yaxşı pressinq etdi. Oyunçular başa düşməlidir ki, "Qəbələ" böyük klubdur, burada hər şey yüksək səviyyədədir. Bura gəlmişik ki, komandanı hazırkı vəziyyətdən çıxaraq. İlk hissə yaxşı idi, ikinci hissədə rəqibə üç qol hədiyyə verdik. Necə ola bilər ki, öz qapında təhlükə yaradırsan və rəqib gəlib qol vurur? "Qarabağ"a qarşı çoxlu qol imkanları yaratmaq çətindir. Bu oyunu unutmalıyıq. Çalışmalıyıq.
- 5-4-1 sistemini Azərbaycanda ən yaxşı tətbiq edən məşqçilərdən olmusunuz. Bu sistemi "Qəbələ"də oturtmaq üçün sizə nə qədər vaxt lazım olacaq?
- İlk 45 dəqiqədə bu sistemi görə bildim. Amma bunu 90 dəqiqə etmək lazımdır. "Qarabağ"a qarşı bunu etmək bir az çətindir. Azərbaycanı çox sevirəm, burada gözəl vaxtlarım olub.
- "Qəbələ"yə elə vaxtda gəldiniz ki, "transfer pəncərəsi" də bağlanıb. Şəxsi əlaqələriniz hesabına komandaya azad agent statusunda olan futbolçular dəvət edə bilərsiniz?
- Hər şeyə hörmətlə yanaşırıq. And içə bilərəm ki, mənə "Qəbələ"dən zəng son məğlubiyyətdən sonra gəlib. Orada da heç bir maddiyat söhbət olmadı. Bura gəlmişəm ki, vəziyyəti düzəldim. Komandanın 5 oyununu izləmişəm. İki gündür çalışırıq. Bunun da nəticəsini az da olsa, görə bildik. İşləmək, işləmək və işləmək lazımdır.
- Azərbaycanda olmadığınız 10 il ərzində nələr dəyişib?
- Bura mənim üçün doğma yerdir. Səkkiz il Azərbaycanda çalışmışam. Həmişə çempionatı izləmişəm. "Qarabağ"ı bir kənara qoyaq, onlar başqa səviyyədədir. İki oyun da udsalar, çempion olurlar. Ölkədə infrastruktur inkişaf edib, yaxşı meydançalar var. Yaxşı stadionların çox olması futbolun inkişafı üçün vacibdir.
- 1,5 illik müqavilə imzalamısız. Komanda Premyer Liqanı tərk etsə, burada qalacaqsınız?
- Bu sual mənə əvvəl də verilib. Çox xahiş edirəm ki, məni düzgün başa düşün. İnanın ki, bu barədə heç fikirləşməmişəm. Bu gün ancaq pozitiv düşünürəm. İnanıram ki, komandanı bu vəziyyətdən çıxaracağıq (sportal.az).
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu