"Kəpəz"in futbolçusu Alessandro Pineyro Martins Junior klubun saytına açıqlama verib.
QOL.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi əvvəlcə azarkeşlərin ona və komandasına dəstək olmasından danışıb: “Gəncəlilər mənim üçün istiqanlı insanlardılar. Bunu özümə qarşı münasibətdən deyə bilərəm. Diqqət göstərirlər, hörmət edirlər. Oyunumla onların etimadını qazanmağa çalışıram. Hələ ki, pis alınmır. Burada günlərim yaxşı keçir".
Junior Azərbaycan yeməklərini çox sevdiyini qeyd edib: "Ara-sıra ailəm də Gəncəyə baş çəkir. Bir müddət öncə vətənə döndülər. Azərbaycan mətbəxini sevirəm. Sadəcə, təamların adlarını yadda saxlamaq mənim üçün çətindir. Kabablarınız olduqca dadlıdır. Adam yedikcə doymur”.
Tətillər üçün vətəninə getdiyini və Gəncədə darıxmadığını deyən Martins hazırda bütün diqqətini futbola köklədiyini söyləyib: “Performansımız artıb. Xüsusilə də Adil Şükürovun gəlişindən sonra komandada irəliləyiş var. Qalib də gəlirik, uduzuruq da. Amma oyunumuzda günbəgün inkişaf müşahidə olunur. Komanda həm yaxşı oyun sərgiləməyə, həm də nəticə qazanmağa çalışır. Bu, futboldur, bəzən bəxtin gətirmir. Çempionatda qalmağa köklənmişik. Fanatlarımıza da minnətdarlığımı bildirmək istəyirəm. Həmişə bizimlədirlər, dəstək verirlər. Uduzanda da bizi tək qoymurlar. Matçlarımıza daha da çox azarkeşin gəlməsini istərdim”.
24 yaşlı futbolçunun vətəni - Braziliyanın futbol üzrə A milli komandası indi qeyri-stabil çıxış edir. "Sambaçı"lar dünya çempionatının təsnifat mərhələsində 6-cı yerdədirlər. Reqlamentə əsasən, Cənubi Amerikadan 6 yığma final mərhələsinə birbaşa yüksələ bilər ki, braziliyalılar cəmi 2 xalla Paraqvay və Çili təmsilçilərini qabaqlayırlar. Qrupda 7-ci yeri tutan milli pley-off mərhələsindən mundiala qatıla bilər. Amma istənilən halda hazırkı vəziyyət futbol nəhəngi olan ölkə üçün arzu olunan hal deyil. Martins isə bu haqda da danışıb: “Braziliya millisinin parlaq tarixi var. Bəzən ən güclü komanda belə uğur qazanmaqda çətinlik çəkir. Bir braziliyalı kimi, əlbəttə, mən də istərdim ki, komandamız mundialda çıxış etsin. Mundiala gedə bilməsək, bu, bizim üçün faciə olar. Futbol inkişaf edir. Zəif komanda anlayışı yoxdur. Braziliyanın qrupdakı rəqibləri də güclü yığmalardır. Onlar da qalib gəlmək istəyirlər”.
Martins sonda pərəstiş etdiyi futbolçunun adını da səsləndirib. Onun seçimi tanınmış həmyerlilərindən yana olub. Futbolçu gənc yaşlarında Ronaldinyonu, hazırda isə Vinisius Junioru bəyəndiyini deyib
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu