Haaland son 50 ildə bunu bacaran yeganə futbolçudur

Haaland son 50 ildə bunu bacaran yeganə futbolçudur
XƏBƏR 28 Fevral 2024 / 11:58 2532
-  A +

İngiltərə kubokunun 1/8 final mərhələsinin “Luton Taun” ilə matçı "Mançester Siti"nin futbolçusu Erlinq Haaland üçün əlamətdar olub.

QOL.az xəbər verir ki, 23 yaşlı forvard bu oyunda penta-trik edib. Onun komandası rəqibini 6:2  hesabı ilə məğlub edərək 1/4 finala adlayıb.

"Opta"nın məlumatına görə, Haaland 1970-ci ildən bəri İngiltərə Kubokunda bir matçda 5 qol vuran ilk futbolçu olub.

Son dəfə bunu “Mançester Yunayted”in futbolçusu Corc Best bacarıb.

Bu mövsüm Haaland 30 oyun keçirib, 27 qol vurub və 6 qolun ötürməsini  verib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner