"Barselona" Dani Alveşi klubun əfsanələri siyahısından çıxardı

"Barselona" Dani Alveşi klubun əfsanələri siyahısından çıxardı
XƏBƏR 27 Fevral 2024 / 12:57 2687
-  A +

"Barselona" rəsmi saytındakı klub əfsanələri bölməsindən komandanın keçmiş müdafiəçisi Dani Alveşin profilini silib.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb oyunçunun həbs olunmasıdır.

Alveş 2023-cü il yanvarın 20-də İspaniyada cinsi təcavüz ilə bağlı saxlanılıb. O, həmin vaxtdan bəri həbsdədir. Alveş özü isə ona qarşı irəli sürülən ittihamları rədd edib və iş üzrə ifadəsini dəfələrlə dəyişib.

22 fevral 2024-cü ildə Alves 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin keçmiş futbolçu 9,5 il müddətində zərərçəkmişə yaxınlaşa bilməz. 

Qeyd edək ki, braziliyalı sabiq oyunçu 2008-2016, 2021-2022-ci illərdə "Barselona"da çıxış edib. O, Kataloniya klubu ilə 6 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu və 4 dəfə superkuboku, 3 dəfə Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb.


Son xəbərlər
topaz banner