Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində qol vurdu

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində qol vurdu
XƏBƏR 27 Fevral 2024 / 12:18 3849
-  A +

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveç klubu “Yurqorden”in U-21 komandasının heyətində çıxış edib. 

QOL.az xəbər verir ki, o, Elit Liqa Kubokunda “Nörçeppinq”lə görüşdə meydana çıxıb. Matç "Yurqorden" U-21-nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.  M.Qurbanlı start heyətdə meydana çıxıb və penaltidən komandasının ilk qolunun müəllifi olub.

Onunla yanaşı, əsas komandanın daha bir neçə üzvü oyun praktikası toplamaq üçün U-21-in heyətində yer alıb. 

Qeyd edək ki, İsveç çempionatında yeni mövsüm martın 30-da başlayacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner