"Qarabağ"ın futbolçusu Marko Veşoviç Avropa Liqasının pley-off mərhələsində ümumi hesabda "Braqa"nı məğlub edərək (ilk oyun - 4:2, cavab oyunu - 2:3) 1/8 finala adlamaqları barədə danışıb.
QOL.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Bakıdakı cavab görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib: “Nə hiss edə bilərəm? Biz xoşbəxtik, razıyıq. Biz tarixi nəticə əldə etdik. Bu gün bu uğuru qazanmağa görə ölməyə belə hazır idik. Növbəti mərhələyə vəsiqə qazandıq. Bu bizim üçün çox vacibir. Biz xarakterimizi göstərdik. Güclü rəqibə qarşı yüksək səviyyədə oyun nümayiş etdirdik”.
O, öz oyunundan da razı qaldığını vurğulayıb: “Bu gün özümdən də razıyam. Komandama kömək etdim. Düşünürəm ki, bütün oyunçular yaxşı oynadılar. Bütün oyunçular 100 faiz güclərini, ürəklərini ortaya qoydular. Emosional bir matç idi. Yəqiin ki, hamı bunu görürdü. Düşünürəm, azarkeşlər də bu gün xoşbəxt və razıdırlar”.
M. Veşoviç 1/8 finaldakı potensial rəqibləri haqda belə deyib: “Heç bir rəqibə üstünlük vermirəm. Sadəcə şadıq və bu andan həzz almaq istəyirik”.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı