"Əlbəttə ki, ilk buraxdığım 2 qol məyus etdi. Çünki səfərdəki matçın üstünlüyünü əldən itirdik. Amma buna baxmayaraq, ruhdan düşmədik. Bizim möhkəm komandamız var. Həm fiziki, həm emosional cəhətdən. Ona görə öz gücümüzə inanırdıq. Tanrıya şükürlər olsun, istədiyimiz nəticə əldə edə bildik”
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı cavab oyunundan (2:3, ilk oyun - 4:2) sonra jurnalistlərə açıqlamasında deyib.
O, “Qurban Qurbanov əlavə vaxta hazırlaşanda oyunçulara nə dedi” sualına belə cavab verib: “Eşitməmişəm, çünki səsi artıq batmışdı. Mən isə biraz uzaqda idim. Ona görə bunu uşaqlardan soruşmaq lazımdır. Mən başa düşürdüm ki, 10 nəfərlə dözmək məcburiyyətindəyik. Amma bu futboldur. Bu vəziyyətə özümüz düşmüşdük, özümüz də çıxmalıydıq. Şükür ki, bu bizdə alındı”.
Komandasının ümumi hesabda rəqibini üstələyərək 1/8 finala adlamasından danışan A. Lunyov azarkeşlərə də təşəkkür edib: “Azarkeşlərə dərin minnətdarlığımı bildirirəm ki, bu cür hava şəraitinə və vaxta baxmayaraq stadiona gəldilər. Onlar bizə dəstək oldular, biz isə bunu qalibiyyətlə ödədik. Düşünürəm ki, hamı xoşbəxtdir. Sadəcə azarkeşlərin və komandanın birliyinin vacibliyini qeyd edə bilərəm. Azarkeşlərdən xahiş etmək istəyirəm ki, imkan varsa, yerli oyunlara da gəlsinlər. Bu, möhtəşəm olardı. Heç olmasa, bugünkü sayın yarısı olsa, gözəl olar”.
Qolkiper Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydanı tərk etməsinin oyuna təsirindən də danışıb: “Bunun nə qədər təsir etdiyini demək çətindir. Azlıqda qalmazdan əvvəl hücumda yaxşı şanslarımız olurdu. Düşünürəm ki, onları reallaşdıra bilərdik. Bu vaxt daha da rahat olardıq. Amma bu futboldur. Təəssüf ki, belə hallar olur. Hansısa diqqətisizlikdən sonra meydanda ümumi vəziyyət dəyişə bilər. Yaxşı dözə bildik. Hamı yaxşı oynadı, çox sağ olsunlar”.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi