"Qarabağ"ın səfərdə "Braqa" üzərindəki 4:2 hesablı qələbəsi bizdə arxayınlıq yaratmamalıdır.
Bugünlər Portuqaliyada "Braqa" komandası üzərində çox güclü təzyiq var - həm klubun rəhbərliyi, həm azarkeşlər, həm də media səviyyəsində. "Qarabağ"la cavab matçındakı mümkün uğursuzluq baş məşqçi Artur Jorjenin istefası ilə də nəticələnə bilər. Bir detalı da unutmayaq: rəqib Avropanın ən güclü 7-ci liqasının təmsilçisidir, bu mövsüm "Real", "Napoli", "Union" (Berlin) kimi komandalarla ÇL-də bir qrupda yarışıb. Hər həftə yerli liqada səviyyəli komandalarla qarşılaşır. Onlar səviyyəsindəki komandaları çoxu ilə Azərbaycan çempionatında oynamağı "Qarabağ" ancaq arzulaya bilər.
Düzdür, Ağdam klubu bu gün tarixinin ən güclü mərhələsindədir. Amma Azərbaycanla Portuqaliya futbolu arasındakı müqayisəolunmaz fərq yaddan çıxmamalıdır. Eləcə də bu incə detal: "Braqa"nın bir oyunçusunun dəyəri - hansı ki, 20 milyon avro qiyməti var - "Qarabağ"ın illik büdcəsindən (15-16 milyon avro) çoxdur.
Bütün hallarda müsbət məqam odur ki, azarkeş çoxluğundan fərqli olaraq, "Qarabağ" bir klub və komanda olaraq ilk matçdakı qələbənin eyforiyasında deyil. Baş məşqçidən tutmuş futbolçulara qədər "Qarabağ"ın hər bir üzvü Bakıdakı cavab matçının daha çətin olacağının fərqindədir. Taktiki mənada da Qurban Qurbanovun böyük dəyişikliyə gedəcəyinə inanmıram. Fikrimcə, 2 top fərqli səfər qələbəsi o demək deyil ki, "Qarabağ" bu gün müdafiədə oturacaq. Rəqib davamlı təzyiq etsə belə, bizimkilər buna əks-hücumlarla cavab verəcək. Nəticənin necə olacağına gəlincə, bəli, oyununun sonunu gözləyək. "Qarabağ"ın hücumçusu Juninyonun fikrinə qatılıram: şanslar 50/50-dir.
İndidən isə "Qarabağ"a yalnız uğur arzulamaq qalır. Və 12-ci oyunçusundan güclü dəstək gözləmək.
Aydın Bağırov
(Feysbuk paylaşımı)
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi